Arxiv
1 Noyabr 2018, 14:32 | MEDİA
Akif Aşırlı: “Hər zaman sözümüzü demişik və deyirik” - MÜSAHİBƏ

“Çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil” 

 

Noyabr ayının 1-i “Şərq” qəzetinin yaranmasından 22 il ötür. “Şərq” bu illər ərzində qəzet bazarında özünəməxsus yer tutub. Modern.az saytının əməkdaşı 22 yaşını qeyd edən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı ilə həmsöhbət olub.

- “Şərq” qəzetinin 22 illik fəaliyyətini necə dəyərləndirirsiniz?

- “Şərq” qəzetinin fəaliyyətini gələcəkdə jurnalistikamızın tarixini öyrənəcək insanlar daha yaxşı qiymətləndirə biləcəklər. Hesab edirəm ki, 22 il mətbuat üçün uzun bir yoldur. Bir çox qəzetlər bu müddətdə açıldı, amma mövcudluğunu qoruyub saxlaya bilmədi. Ancaq “Şərq” öz mövqeyini qoruyub saxlaya bildi, mətbuatda öz boyunu göstərə bildi, jurnalistikamıza çox sayda peşəkar jurnalistlər bəxş edə bildi. Bu gün müxtəlif dövlət strukturlarında, qəzetlərdə, jurnallarda, saytlarda və televiziyalarda “Şərq”in yetirmələri çalışır və biz onlarla fəxr edirik. Belə hesab edirəm ki, “Şərq”in özünün məktəbi var. Bu gün də gənc jurnalistlərin formalaşmağında “Şərq” öz töhfələrini verir.

- Qəzetlərə maraq azalıb desək, yanılmarıq. Qəzetləri ayaqda saxlamaq üçün dövlət tərəfindən də dəstək verilir. Maraqlıdır, “Şərq” hansı yeniliklərlə qəzetlərə marağı artırmağı planlaşdırır?

- Təbii ki, çap mətbuatına marağın azalması dünyada media sahəsindəki yeniliklərlə bağlıdır. Amma hərənin bir fikri var, fikirlər müxtəlif ola bilər. Bu gün də qəzet oxuyanlar var, gələcəkdə də mətbuatın çap versiyası yaşayacaq. Ən azından ona görə ki, qəzet medianın qalıcı bir hissəsidir. Təbii ki, yeni media çox sürətlə inkişaf edir. Yeni medianın elementləri Azərbaycanda çoxdur. Bu vəziyyətdə qəzetlərin mövcudluğu əlbəttə ki  müəyyən çətinliklər hesabına başa gəlir. Ancaq çalışırıq ki, bu çətinliklərin fonunda yenə də maraqlılığımızı qoruyub saxlaya bilək. Müəyyən layihələr həyata keçiririk, qəzetlərin çap versiyasını saxlamaq üçün yeni medianın imkanlarından istifadə edirik. Qəzetlərin satış imkanlarını artırmaq üçün abunələrimizin sayını artırmağa cəhd edirik. Qəzetdə daha ciddi təhlillərə, analizlərə yer ayırırıq. Dediyim kimi, qalıcılıq xüsusiyyəti və tarixi yaşantılar baxımından çap mətbuatının yeri hər zaman qorunub saxlanılır. Dövlətin dəstəyi olmasa, çap mediası daha da zəifləyə bilərdi. Bu maliyyə yardımından səmərəli istifadə etməyə çalışırıq. Jurnalistikada əsas məsələ yaxşı yazmaq qabiliyyətidir. Bu baxımdan qəzetlərdə mətnin hazırlanması daha peşəkar olur. Mən düşünürəm ki, elektron mediada uğur qazananların əksəriyyəti elə qəzetlərdən gedənlərdi. Jurnalist fəaliyyətinə qəzetdən başlasa, jurnalistikanın digər sahələrində də uğur qazana biləcək. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda çap mətbuatı qalacaq. Ümumiyyətlə, çap mətbuatını elektron mətbuata qarşı qoymaq düzgün deyil.  Bu, medianın bir tərkib hissəsidir. Elektron kütləvi informasiya vasitələrinin kökündə çap mətbuatı durur.  Çap mətbuatı jurnalistika ənənələrini, peşə davranış qaydalarını özündə saxlayır. Bunların üzərində saytlar, elektron informasiya portalları şaxələnib inkişaf etməlidir.

- Şəxsən özünüz “Şərq” qəzetinin fəaliyyətindən razısınızmı?

- Bir işin keyfiyyətli şəkildə ortaya qoyulması üçün təkcə maddiyat kifayət etmir, digər faktorlar da var ki, onlara da diqqət ayırmaq lazımdır. Əlbəttə, peşəkarlıqdan irəli gələn müəyyən faktorlar var ki, onlara tabe olmağımız və əməl etməyimiz bizim müəyyən mənada öndə olmağımızın qarşısını kəsə bilər. Hesab edirəm ki, “Şərq” qəzetinin potensiallı komandası var. Bəzən əməkdaşlarımız mənə irad tuturlar, onlara “Allah sizə baş redaktor olmağı qismət eləsin, onda bilərsiniz ki, baş redaktor olmaq nə deməkdir” deyirəm. Bu baxımdan mən hesab edirəm ki, “Şərq” qəzeti hər zaman açıq fikirli olması ilə, düşüncələrinin hüdudsuzluğu ilə, fərqliliyi ilə seçilən kollektiv olub. Hər zaman sözümüzü  demişik və deyirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin Ukraynaya qayıdacağı vaxt açıqlandı 25 May 2019, 00:25 Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı 25 May 2019, 00:21 “SÖZ” layihəsi yeni təqdimatda - FOTOLAR 25 May 2019, 00:05 Azərbaycan nefti ucuzlaşdı 24 May 2019, 23:56 Leyla Əliyevadan “Şəhər ekologiyası”na dəstək - FOTOLAR 24 May 2019, 23:34 Azərbaycanlılar yaşayan ərazidə zəlzələ 24 May 2019, 23:17 “Azərişıq” hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə işləyir 24 May 2019, 22:58 Azərbaycanda ilk dəfə banan yetişdirildi - VİDEO 24 May 2019, 22:41 Bakıda Argentinanın milli günü qeyd edildi 24 May 2019, 22:17 Daşkəsəndə təbii fəlakət 24 May 2019, 22:01 Fransada partlayış törədildi 24 May 2019, 21:46 Nursultan Nazarbayev Fəxri prezident oldu 24 May 2019, 21:27 Ermənilərin cəbhə xəttində törətdiyi yanğını yağış söndürdü 24 May 2019, 21:13 “Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxdı 24 May 2019, 20:59 Sərhədlə bağlı məsələlər Gürcüstanla razılaşdırıldı 24 May 2019, 20:45 İnterpol qətl törədən azərbaycanlını axtarır 24 May 2019, 20:28 Nazirlikdə bilik yarışı keçirilib - FOTOLAR 24 May 2019, 20:16 İmperator İlham Əliyevi təbrik etdi 24 May 2019, 20:05 Azərbaycanlı ailə Almaniyadan deportasiya olundu 24 May 2019, 20:03 Erməni polkovnikin yalanı - Müdafiə Nazirliyi məlumat yaydı 24 May 2019, 19:55 “Qəhrəmanlar unudulmur” Şamaxıda - FOTOLAR   24 May 2019, 19:46 Məşhur futbolçular Bakıda Azarkeş Festivalında iştirak edəcək 24 May 2019, 19:34  “Azərbaycanla danışıqların birinci mərhələsi başa çatıb” - XİN başçısı  24 May 2019, 19:25 Bakıda Zayed Humanitar Günü Qeyd Edilir - FOTOLAR   24 May 2019, 19:14 Şabranda oğurluq edən şəxs tutulub   24 May 2019, 19:05 Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır 24 May 2019, 18:56 Avroliqanın finalı ilə əlaqədar Bakı metrosunda könüllülər çalışacaq - FOTO 24 May 2019, 18:44 DİM hökumətin ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qərarını şərh etdi 24 May 2019, 18:35 Tramp İlham Əliyevə məktub yazdı: “Xalqın mənafeyinə xidmət edəcək bütün addımları alqışlayırıq” 24 May 2019, 18:24 Koçaryanı azadlığa buraxan hakim istefa verdi   24 May 2019, 18:14 Deputatdan mitinq keçirmək istəyənləırə TÖVSİYƏ: “Gedib bir işin qulpundan yapışsınlar"” 24 May 2019, 18:04 İlham Əliyev İordaniya kralını təbrik edib 24 May 2019, 17:47 Manat və dolların 3 günlük MƏZƏNNƏSİ 24 May 2019, 17:27 Leyla Əliyeva uşaqların müalicəsi ilə maraqlandı - FOTOLAR 24 May 2019, 17:25 Prezident bu dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI 24 May 2019, 17:25