Modern.az

Cümhuriyyətin daxili işlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir  

Cümhuriyyətin daxili işlər naziri Mustafa bəy Vəkilovun vəfatından 53 il keçir   

Aktual

1 Noyabr 2018, 16:49

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Mustafa bəy Vəkilov haqqında məqalə yenidən redaktə olunaraq və təkmilləşdirilərək oxucuların istifadəsinə verilib.

MEK-dən Modern.az-a bildiriblər ki, məqalədə Mustafa bəy Vəkilovun həyat və fəaliyyəti barədə ətraflı məlumat əksini tapıb. Qeyd edilib ki, 1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M.Vəkilov Cümhuriyyətin daxili işlər naziri təyin olunub. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M.Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar cəlb etməyə çalışıb. M.Vəkilov 1965-ci il noyabrın 1-də 69 yaşında Ankarada vəfat edib və orada dəfn olunub.

Məqalə ilə daha ətraflı bu linkdə //az.wikipedia.org/wiki/Mustafa_b%C9%99y_V%C9%99kilov tanış olmaq mümkündür.

Bu məqalə “Vikipediya” könüllülərinin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Cümhuriyyətin 100 illiyinə dəyərli töhfəsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi