Modern.az

UEFA "Roma"- MOİK oyunu ilə bağlı intizam işi açıb

UEFA "Roma"- MOİK oyunu ilə bağlı intizam işi açıb

Aktual

1 Noyabr 2018, 18:07

UEFA İtaliyanın "Roma" və Rusiyanın MOİK komandaları arasında keçirilmiş Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunu ilə bağlı intizam işi açıb. 

 

Modern.az "Report"a istinadən xəbər verir ki, İtaliyada keçirilmiş qarşılamaşda rusiyalı azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. Bundan başqa "Roma"nın fanatları meydana kənar əşyalar atıblar və tribunaları bloklayıblar. 

UEFA İntizam Komitəsi bu məsələni noyabrın 22-də nəzərdən keçirəcək. 

Qeyd edək ki, "Roma" - MOİK görüşü İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi