Modern.az

Hacıqabulda icazəsiz ov etmək istəyən şəxs saxlanıldı

Hacıqabulda icazəsiz ov etmək istəyən şəxs saxlanıldı

Aktual

2 Noyabr 2018, 09:27

3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Hacıqabul rayonu ərazisində icazəsiz ova cəhd edən şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Sabirabad rayon sakini İftixar Əsgərov olduğu müəyyən edilib və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkar şəxs barəsində protokol tərtib edilib və o, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi