Modern.az

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı

Aktual

2 Noyabr 2018, 10:03

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 1-də ölkədə 118 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

 

Əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətinaçılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Ölkənin avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi