Modern.az

Avtomobil oğruları saxlanıldı

Avtomobil oğruları saxlanıldı

Aktual

2 Noyabr 2018, 11:30

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini  H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində  “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.  

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi