Modern.az

Spiker HİRSLƏNDİ: “Bura nə ABŞ-dır, nə də Hollivud”

Spiker HİRSLƏNDİ: “Bura nə ABŞ-dır, nə də Hollivud”

2 Noyabr 2018, 12:45

Milli Məclisin bu gün keçirilən iclasında daha bir mübahisə yaranıb.

Modern.az-ın məlumatına görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında" qanun layihələrini Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov geniş təqdim edib.

Milli Məclisin sədri Oqtay Əsədov isə qanun layihəsini III oxunuşda geniş təqdim etdiyinə görə Rafael Hüseynova irad tutub.

“Rafael müəllim, qanun layihəsi artıq üçüncü oxunuşda müzakirəyə çıxarılır. Ancaq sən təzə qanun layihəsi təqdim edirsən. Bura nə ABŞ-dır, nə də Hollivud. Bura Azərbaycandır və qanun layihəsi də 3-cü oxunuşda müzakirəyə çıxarılır”.

Daha sonra Rafael Hüseynov Oqtay Əsədova cavab verib: “İcazə verin mən sözümü bitirim. Sonra qanun layihəsini təqdim edəcəyəm”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi