Modern.az

Xəzərdə nərə balıqlarının sənaye ovuna qadağa qoyulması ilə bağlı sənəd imzalana bilər

Xəzərdə nərə balıqlarının sənaye ovuna qadağa qoyulması ilə bağlı sənəd imzalana bilər

2 Noyabr 2018, 15:40

"Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyasının bu ilin noyabr ayında keçiriləcək ikinci sessiyasında Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir".

Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

Onun sözlərinə görə, moratorium 5, yaxud 10 il ola bilər.
M.Axundov deyib ki, Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratorium qoyulmalıdır. Hazırda nərəcinsli balıqların ovlanması çox cüzi həcmdə yalnız elmi tədqiqatlar aparılır.

Dünya üzrə də balıq ovu həcminin azaldığını deyən M.Axundov hesab edir ki, ekosistemin qorunması üçün Xəzərdə balıqların ovlanma kvotası azaldılmalı, akvakultura inkişaf etdirilməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi