Modern.az

Bakıda yeni poçt qutularının quraşdırılmasına başlanılıb

Bakıda yeni poçt qutularının quraşdırılmasına başlanılıb

Aktual

2 Noyabr 2018, 19:16

Bakıda yeni poçt qutularının quraşdırılmasına başlanılıb. Modern.az xəbər verir ki, ölkənin yeganə milli poçt operatoru olan "Azərpoçt" MMC bu ildən yeni brendlə təqdim olunur. Rebrendinq layihəsi çərçivəsində şirkətin loqosu yenilənib. Bu səbəbdən də yeni loqoya uyğun poçt qutuları quraşdırılır.

 

Hazırda ölkə üzrə 3 min 484 ədəd poçt qutusu vətəndaşların xidmətindədir. Məktubların təhvil alınması vaxtı isə qutunun yerləşdiyi əraziyə görə dəyişir.

 

Paytaxtdan sonra bölgələrdə də yeni poçt qutularının quraşdırılmasına başlanacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi