Modern.az

Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir” - ABŞ idmançısı

“Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir” - ABŞ idmançısı

Aktual

2 Noyabr 2018, 21:10

Batutla tullanma üzrə ABŞ gimnastlarından ibarət komanda Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında təlim-məşq toplanışları keçirirlər. Modern.az-ın məlumatına görə, komandanın üzvü Tristan Van Natta “Trend”ə deyib ki, Milli Gimnastika Arenasında yaradılmış şəraitdən məmnundur:

 

"Bakıdakı Milli Gimnastika Arenası möhtəşəmdir. ABŞ-da da bu cür gözəl və rahat zalların daha çox olmasını istərdim. Belə bir zalda təlim-məşq toplanışını keçirmək çox xoşdur, burada bizim üçün lazım olan bütün şərait yaradılıb".

 

Tristan Van Natta vurğulayıb ki, təlim səmərəli keçir və ümid edir ki, noyabr ayında Sankt-Peterburqda keçiriləcək batut üzrə dünya çempionatında amerikalı gimnastlar yaxşı nəticə göstərəcəklər:

 

"Çempionat ərəfəsində çox həyəcanlıyam. Bunun üçün ilboyu hazırlaşmışıq və yaxşı nəticə göstərəcəyimizə ümid edirəm".

 

Gimnast həmçinin komanda üzvlərinin şəhərdə gəzintiyə çıxdıqlarını və hər kəsin Bakının gözəlliyindən heyran olduğunu söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi