Modern.az

Bakıda kafedə yanğın: 3 ölü

Bakıda kafedə yanğın: 3 ölü

Aktual

3 Noyabr 2018, 09:36

Bakı şəhərinin Nərimanov rayonunda yanğın baş verib. Modern.az FHN-ə istinadən məlumat verir ki, yanğın dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafedə qeydə alınıb.

 

Məlumata görə, kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

 

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi