Modern.az

Gəncədə 18 yaşlı qız itkin düşüb

Gəncədə 18 yaşlı qız itkin düşüb

Aktual

3 Noyabr 2018, 13:08

Gəncə şəhərində 18 yaşlı qız itkin düşüb.

 

Trend.az-ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Həmin prospektdə ev 57, mənzil 2-də yaşayan Tekin İlahə Ağa qızı polisə müraciət edərək bildirib ki, onunla birgə yaşayan qızı, 2000-ci il təvəllüdlü Sevinc Qarayeva noyabrın 1-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

 

Qadın bildirib ki, S.Qarayeva əvvəllər də itkin düşüb və polis tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi