Modern.az

Şəkidə köçkünlərin iştirakı ilə ekoloji aksiya keçirilib

Şəkidə köçkünlərin iştirakı ilə ekoloji aksiya keçirilib

Aktual

3 Noyabr 2018, 14:05

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Şəki şəhər icra hakimiyyətinin iştirakı ilə ekoloji aksiya keçirilib.

 

Aksiyada Şəki şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər və Şəki şəhər icra hakimiyyətinin başçısının aparatının əməkdaşları iştirak edib. Təbdir çərçivəsində Heydər Əliyev mərkəzinin ətrafında 150-dən çox həmşəyaşıl ağac əkilib. Bundan başqa iməcilikdə müvafiq təmizləmə, abadlıq işləri görülüb, mövcud yaşıllığa qulluq edilib.

 

Aksiyanın keçirilməsində məqsəd yaşıllıqları artırmaq, təbiəti qorumaqdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi