Modern.az

Zakir Həsənov tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiribFOTO

Zakir Həsənov tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçirib – FOTO

Aktual

3 Noyabr 2018, 14:36

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, nazir, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikilməkdə olan bir sıra hərbi obyektlərə baxış keçiriblər.

Müdafiə naziri inşaat işlərinin gedişini yoxlayıb və müvafiq tapşırıqlar verib.

 

Sonra nazir hərbi hissələrdə yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov qərargahda xidməti və inzibati otaqlara, eləcə də hərbi texnikalar üçün nəzərdə tutulmuş saxlanclara baxış keçirərək konkret tapşırıqlar verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi