Modern.az

Mənzil bazarında qiymətlər niyə  dəyişmədi? - Ekspert ŞƏRH EDİR

Mənzil bazarında qiymətlər niyə  dəyişmədi? - Ekspert ŞƏRH EDİR

3 Noyabr 2018, 17:02

“Son bir neçə ayın statistikası göstərir ki, mənzil bazarında qiymətlər stabil qalıb”.


Bu barədə Modern.az-a daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı məlumat verib. O bildirib ki, əvvəlki illərdə payız-qış mövsümündə aktivlik müşahidə olunsa da, bu il mənzil bazarında həmin tendensiya saxlanmadı:


“Qiymətlərin dəyişməməsinin səbəbi də budur. Fərdi şəkildə kimsə mənzilini eyni kateqoriyada olan digər mənzillərdən baha satıbsa, bu, ümumi bazara təsir edə bilməz. İpoteka kreditləşməsini çıxmaq şərti ilə mənzil bazarına iqtisadi baxımdan təsir göstərəcək amil hələlik yoxdur”.


Ramil Osmanlı mənzillərin qiymətlərinin hesablanma mexanizminə də toxunub. O qeyd edib ki, mənzillərin qiyməti hesablanarkən, bazarı ilkin bazar və təkrar bazar olmaqla iki istiqamətə bölmək lazımdır:

“İlkin bazarlarda qiymətə daha çox tikinti şirkətlərinin özləri nəzarət edir. Tikintinin bir kvadrat/metrinin qiyməti müəyyənləşdirilərkən tikinti xərcləri, görünməyən xərclər və mənfəət faktoru nəzərə alınır. Tutaq ki, mənzilin tikinti xərcləri hər kvadrat metr üçün 500 manatdır. Üzərinə digər görünməyən  xərclər də əlavə olunduqda, rəqəm 700-ə yüksəlir. Ümumi 20-30 faiz arası mənfəət norması müəyyən olunursa, həmin mənzillərdə qiymət hər kvadrat/metr üçün 1000 manata gəlib çıxır. Halbuki, elə ərazilər var, tikintinin 1 kvadrat/metrinin dəyərinə təklif bazar qiymətlərindən qat-qat yüksək olur. Bu zaman tikinti şirkətinin müəyyənləşdirdiyi qiymət qüvvəyə minir və heç bir iqtisadi əsaslanmaya söyklənmir.


Təkrar bazardakı qiymətlər isə otaqların sayına və tikintinin yerləşdiyi əraziyə görə müəyyən olunur. Məsələn, metronun “Neftçilər” stansiyası yaxınlığında 3 otaqlı “Lelinqrad” layihəli və 3 otaqlı “Minsk” layihəli mənzilin qiymətləri fərqlidir. Satış zamanı bazara ötürülən informasiya isə budur – filankəs 3 otaqlı mənzili 110 min manata, başqası isə 85 min manata alıb. Araşdırdıqda layihələr arasında ciddi fərqlər oldğu aydınlaşır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu