Modern.az

Türkiyədə 18 terrorçu zərərsizləşdirildi

Türkiyədə 18 terrorçu zərərsizləşdirildi

Aktual

3 Noyabr 2018, 17:24

Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda, Cudi dağının ətəklərində yerləşən mağarada 8 terrorçu məhv edilib.

 

Yerli mətbuat yazır ki, bu terrorçular bölgədə həyata keçirilən "Hançer-6” antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilib. Mağarada, həmçinin onlara məxsus silah, sursat və yaşayış üçün zəruri əşyalar olub.

 

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 31-dən noyabrın 2-dək ölkə ərazisində həyata keçirilən əməliyyatlarda 18 terrorçu zərərsizləşdirilib. “Kemal Bagok” ləqəbli Lokman Gençin meyiti Şırnakın Güçlükonak rayonunda aşkarlanıb. Axtarışda olan bu təhlükəli terrorçu oktyabrın 4-də Mardinin Dargeçit rayonunda 8 əsgərin şəhid olduğu terror aktının təşkilatçısı və iştirakçısı olub.

 

Virtualaz.org

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi