Modern.az

“Neftçi” növbəti qələbəsi ilə liderliyini qoruyub

“Neftçi” növbəti qələbəsi ilə liderliyini qoruyub

Aktual

3 Noyabr 2018, 20:44

Bu gün Azərbaycan Premyer Liqasının 10-cu turuna start verilib. Modern.az xəbər verir ki, turun açılış oyununda “ASK Arena”da lider “Neftçi” klubu “Keşlə”nin qonağı olub. Görüş "flaqman"ın minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolu 2-ci dəqiqədə Mirabdulla Abbasov qapıdan keçirib. O, Dario Frederikonun ötürməsindən sonra oyunun taleyini həll edən qolu vurub. Bu gənc hücumçunun Premyer Liqada vurduğu dördüncü qolu olub.

 

Birinci dövrədə bu komandalar arasındakı ilk görüş “flaqman”ın qələbəsi ilə başa çatmışdı – 2:0.

 

Bu qələbədən sonra “Neftçi” xallarını 25-ə çatdıraraq turnir cədvəlində liderliyi qoruyub. "Keşlə" isə 6 xalla yeddinci yerdədir.

 

"Neftçi"nin əsas rəqibi "Qarabağ" noyabrın 4-də "Sumqayıt" komandasını qəbul edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi