Modern.az

“Qarabağ” “Sumqayıt”ın qapısına iki cavabsız top keçirib

“Qarabağ” “Sumqayıt”ın qapısına iki cavabsız top keçirib

Aktual

3 Noyabr 2018, 21:41

Bu gün Azərbaycan Premyer Liqasının 10-cü turunun növbəti oyununda “Qarabağ” və “Sumqayıt” komandaları qarşılaşıblar. Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun ağdamlıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində Simon Slavçev (25), Con Delarj (57) fərqləniblər. Bu qələbədən sonra xal ehtiyatını 25-ə çatdıran “Qarabağ” ikinci sıradakı mövqeyini qoruyub. Sumqayıtlılar isə 11 xalla 5-ci yerdə qərarlaşıblar.

Qeyd edək ki, Ağdam təmsilçisinin ev oyunlarını keçirdiyi “Azərsun Arena”nın işıqlandırma sistemində problem yarandığından görüş Respublika Stadionunda keçirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi