Modern.az

“Real” beş oyundan sonra qələbə qazandı

“Real” beş oyundan sonra qələbə qazandı

Aktual

3 Noyabr 2018, 22:36

"Real Madrid" komandası futbol üzrə İspaniya Çempionatının 11-ci turu çərçivəsində "Valyadolid" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.  Modern.az xəbər verir ki, "Santiaqo Bernabeu" stadionunda keçirilən oyunda hesab oyunun sonunda – 83-cü dəqiqədə açılıb. "Valyadolid"in oyuçusu Kiko avtoqola imza atıb. Oyunun 88-ci dəqiqəsində "Real"ın kapitanı Serxio Ramosa penaltini dəqiq yerinə yetirərək hesabda fərqi artırıb.

Beləliklə, Madrid komandası 5 matçlıq qalibiyyətsiz seriyaya son qoyub (bir heç-heçə, dörd məğlubiyyət).

Bu qələbə "Real" üçün Xulen Lopeteqanın baş məşqçi postundan istefaya göndərildikdən sonra ilk qələbəsi olub. Hal-hazırda onun vəzifələrini Santyaqo Solari yerinə yetirir.

Turnir cədvəlinə gəlincə, "Real" 17 xalla 6-cıdır. Növbəti turda "Real Madrid" səfərdə "Selta" ilə qarşılaşacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi