Modern.az

“Liverpul” liderliyə yüksəlib

“Liverpul” liderliyə yüksəlib

4 Noyabr 2018, 00:27

İngiltərə Premyer Liqasında “Arsenal” doğma meydanda “Liverpul”la qarşılaşıb. Modern.az xəbər verir ki, iki komandanı qarşı-qarşıya gətirən liqanın 11-ci həftəsində “Arsenal” “Emirates” stadionunda “Liverpul”u qonaq edib.

 

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. İkinci yarıda, 61-ci dəqiqədə isə “Liverpul”un oyunçusu James Milner hesabı açıb. 82-ci dəqiqədə isə “Arsenal” Alexandre Lacazettenin qolu ilə hesabı bərabərləşdirib və matç  1-1 hesabı ilə yekunlaşıb.

 

Qeyd edək ki, son nəticəyə əsasən “Arsenal” 23 xalla siyahıda 4-cü yerə, “Liverpul” isə 27 xalla liderliyə yüksəlib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi