Modern.az

Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada öldü

Sabirabadda iki maşının vurduğu piyada xəstəxanada öldü

4 Noyabr 2018, 09:31

Sabirabad rayonunun Yaxa Dəllək kəndi ərazisində iki avtomobil tərəfindən vurulan piyada dünyasını dəyişib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Zalaqarağac kənd sakini Baxşəliyev Mənsur Məmməd oğlu səhər saatlarında müalicə aldığı Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində keçinib.

Hadisəni "VAZ-2106" markalı "18-BX-617" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü törədib.Eyni anda piyada zərbənin gücündən arxadan gələn “Nissan” markalı avtombobilin altında düşüb. Nəticədə 49 yaşlı piyada qapalı kəllə-beyin travması və hər iki baldır sümüyünün sınığı diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi