Modern.az

İtaliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

İtaliyada daşqınlar nəticəsində 10 nəfər ölüb

4 Noyabr 2018, 14:53

İtaliyanın Palermo şəhərində (Siciliya vilayəti) güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində üçü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.

Modern.az “Report”-a istinadən xəbər verir ki, bu barədə bazar günü xilasedicilərə istinadən "Franc-Press" məlumat yayıb.

Bildirilir ki, ölən 10 nəfərdən 9-u bir ailənin üzvüdür. Onların meyitləri Kasteldaçça çayı sahilində yerləşən evdə aşkar edilib. Polis əməkdaşları itkin düşmüş daha 2 nəfərin axtarışlarını davam etdirir.

Bundan əvvəl Rusiyada daşqınlar nəticəsində 138 nəfər xəsarət alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi