Modern.az

Cəlilabaddakı qəzada iki nəfər yaralandı

Cəlilabaddakı qəzada iki nəfər yaralandı

4 Noyabr 2018, 20:09

Cəlilabad rayonunda yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun  Musalı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Quliyev Rövşən Fərəməz oğlu xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

 

Qəza zamanı, həmçinin, digər avtomobilin sürücüsünün də yüngül xəsarət aldığı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi