Modern.az

Bakıda dəmir barmaqlığı kəsib evi qarət etdilər

Bakıda dəmir barmaqlığı kəsib evi qarət etdilər

5 Noyabr 2018, 10:42
Bakıda mənzildən külli miqdarda oğurluq edilib.
 
Modern.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.
 
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.
 
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi