Modern.az

Gəncədə faciə: Bir ailənin 3 üzvünü maşın vurdu

Gəncədə faciə: Bir ailənin 3 üzvünü maşın vurdu

Aktual

5 Noyabr 2018, 15:29

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub. 

 

Modern.az "Report"a istinadən məlumat verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.

 

Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi, digərlərinki isə normal qiymətləndirilir.

 

Qəzanı törədən sürücü saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi