Modern.az

DİM yeni model üzrə keçirilmiş ilk sınaq imtahanlarının nəticələrini AÇIQLADI

DİM yeni model üzrə keçirilmiş ilk sınaq imtahanlarının nəticələrini AÇIQLADI

Təhsil

5 Noyabr 2018, 15:53

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun olaraq oktyabrın 28-də ölkənin 11 şəhər və rayonunda keçirilmiş sınaq imtahanlarının nəticələri açıqlayıb.

Modern.az-ın məlumatına görə, hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir