Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 nəfər əcnəbi saxlanılıb.
DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 9 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.
Saxlanılmış 17 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 120 əcnəbinin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.