Avtobus qəzasında 15 nəfər ölüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Perunun cənubunda qeydə alınıb. Sərnişin avtobusu ilə mikroavtobusun toqquşması nəticəsində ən az 15 nəfər ölüb, 39 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır.
İlkin məlumatlara görə, qəzaya səbəb mikroavtobus sürücüsünün sürət həddini aşaraq qarşıdakı zolağa çıxması olub.