Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Akademiyasının rəisi vəzifəsindən azad edilən İsmayıl Ağaqulu oğlu Ələkbərova yeni vəzifə həvalə olunub.
Modern.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin müvafiq əmri ilə o, Baş Gömrük Mühafizə Xidmətinin rəisi təyin edilib.