Modern.az

Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub

Aktual

6 Noyabr 2018, 00:28

“Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub”. Modern.az xəbər verir ki, bunu “Azərxalça” ASC-nin Ağdam filialının açılışında iştirak edən Prezident İlham Əliyev xalçaçılarla görüşündə deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu, sayca yeddinci fabrikdir: “Proqramımızda Azərbaycanda 30 xalça fabrikinin tikilməsi nəzərdə tutulub, yeddincisi bu gün açılır. Çox şadam ki, biz Ağdam rayonunda buna nail ola bilmişik. Burada sizin üçün gözəl şərait, 150 iş yeri yaradılıb, işləyənlər də qadınlardır. Siz həm gözəl sənətimizi yaşadırsınız, həm də gözəl əsərlər yaradırsınız. Bu işlərə gənc qızlarımızı cəlb edirsiniz. Sizin fəaliyyətiniz çox yüksək qiymətə layiqdir".

 

İlham Əliyev bildirib ki, Ağdamın qədim xalçaçılıq məktəbi var: "Burada qədim xalçalar da nümayiş etdirilir. İndi Sizin də əl işləriniz göz qabağındadır. Ona görə ki, xalça sənəti bu gün milli sənətimizdir, milli sərvətimizdir. Biz yaşadırıq, yaşadacağıq. Sizin kimi insanlar, əlbəttə ki, bu gözəl sənəti əbədi yaşadacaqlar. Sizi ürəkdən təbrik edirəm".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi