Arxiv
6 Noyabr 2018, 12:04 | ƏDƏBİYYAT
AzTV tarix yazır...

Radio və Televiziya insanları təsirləndirir, onların təkmilləşməsinə, mənəviyyatca inkişafına kömək edir. Dünyaya gözünü açır, onları bütün dünya ilə birləşdirir.
Heydər Əliyev

XX əsrin informasiya “partlayışı” nəticəsində elmi-texniki, inqilabi nailiyyətlərin əsasında meydana gəlmiş radio və televiziya həyatımızın bütün sahələrinə sirayət edərək, dərin mənəvi, etik və estetik məzmun kəsb etməklə yanaşı, Azərbaycan milli mədəniyyətinin, məfkurəsinin formalaşmasında mühüm rol oynamaqdadır. Tam məsuliyyətlə deyə bilərəm ki, keçən əsrdə – 1926-ci ilin noyabr ayının 6-da fəaliyyətə başlamış Azərbaycan Radiosu ilə yanaşı şərəfli yürüşə 30 il sonra qoşulan Azərbaycan Televiziyası özünü ictimai-siyasi yöndə kütləvi informasiya vasitəsi kimi təsdiqləyə bildi, cəmiyyətin inkişafında müstəsna rol oynadı…

Hələ uşaq ikən, evimizdə olan möcüzəli “sehirli qutuya” tamaşa edər, orada yayımlanan uşaqlar üçün filmlər, televiziya verilişləri, multiplikasiya (çizgi) filmlərə baxar, nağıllar aləminin, musiqi dünyasının sehrinə dalar, xoş hiss və duyğular yaşayardım. Xüsusilə, Piri babanın nağılllarından ibarət səhnəciklər, Savalan baba ilə Biləyənin, həmçinin, Xoruz babanın maraqlı söhbəti məndə bütün uşaqlarda olduğu kimi xoş ovqat yaradardı.

Məhz televiziya hələ erkən – məktəbəqədər dövrdə uşaqların şüuruna güclü təsir göstərir, onları mənən inkişaf etdirir, məlumatlandırır, maarifləndirir, ətraf mühitə və insanlara münasibəti formalaşdırır.

Televiziyanın əsasında şifahi sözün, dinamik təsvirin və musiqinin sintezi durur. Televizya məhz bunların vasitəsilə gənc nəslin, bütövlükdə, tamaşaçıların mənəvi aləminə estetik təsir göstərir. Bu gün belə bir həyat həqiqətini etiraf etməliyik ki, müasir gənclik bir növ televizya ilə doğmalaşır. O, oxumaq və yazmaqdan əvvəl görən, baxan dünyanın rəngarəng gözəlliklərini duyan, bilavasitə, müşahidə edən bir gənc kimi formalaşır. Bu isə tərbiyə və idrak prosesində televiziyanın müqayisəyə gəlməz bir üstünlüyüdür. Televiziya eyni zamanda mənəvi-estetik dəyərlər sistemində mühüm informasiya vasitəsidir. Xüsusilə, televiziyada yayımlanan bədii verilişlərin gənc tamaşaçının estetik mədəniyyətinin yüksəldilməsinə, onların idrak və əqidələrinin inkişafına, əxlaqi norma və prinsiplərinin mənimsənilməsinə, tamaşaçının davranışlarına və hərəkətlərinə təsiri bir xətt üzrə inkişaf edir. Televizya verilişləri vasitəsilə məhz gənc nəslin estetik mədəniyyətinin inkişafına təsiri ilə onlarda cəmiyyətimizin vətənə məhəbbət və sədaqətlilik, insansevərlik, intizamlıq, əqidəlik, ədalətlik, mərhəmət, şəfqət, xeyir kimi ideya-mənəvi və estetik dəyərlər anlamını formalaşdırır.

Bütün bu cəhətləri dərindən təhlil etdikdə, Azərbaycan Televiziyasının bu sahədəki məhsuldar işini xüsusi qeyd etmək yerinə düşər. Maarifçilik ənənlərinə və milli məfkurəyə, estetik, bədii dəyərlərə söykənən Azərbaycan Televiziyası milli mentaliteti, əxlaq normalarını gözləməklə doğma dilimizi, tariximizi, mədəniyyətimizi, incəsənətimizi qorudu, milli şüuru, milli idrakı, formalaşdırmaq missiyasını şərəflə davam etdirdi. Dövlətin apardığı xarici və daxili siyasəti, cəmiyyət, elm, mədəniyyət və incəsənət xadimlərimizi, ədiblərimizi, fədakar sadə vətandaşlarımızı, istər doğma məmləkətimizə, istərsə də dünyaya tanıtdı, Azərbaycanın haqq səsini respublikamızın uğurlarını dünyaya yaydı və s. Bəli, bu sözləri böyük məmnunluq hissi ilə doğma Azərbaycan Televiziyasına aid etməkdən fərəh hissi duyuram. Tam əminliklə söyləyə bilərəm ki, ilk və əsas telekanal olan AzTV çağdaş televiziya məkanımızın flagmanına çevrilib…

Xatırlayıram, ilk dəfə 1981-ci ildə ali məktəbdə oxuyarkən, yay aylarında iki aylıq AzTV-də yerləşən televiziya mərkəzində istehsalat təcrübəsi keçirdim. İlk dəfə olaraq, bu müddət ərzində uzun illər boyunca televiziyada izlədiyim hadisələri artıq AzTV-nin içərisində görür, hiss edirdim. O zamanlarda gördüyüm vəziyyət, TV-də istismarda olan aparatura ilə müqayisədə AzTV bu gün həm yaradıcılıq, həm də texniki baxımından yüksək yerlərdən birini tutur. İllər boyu apardığım müşahidələr göstərir ki, hər bir yeni kütləvi informasiya vasitəsi özündən əvvəlki informasiyalardan tez yayılır. Mətbuata öz təsirini göstərmək üçün müəyyən müddət lazım olursa, televiziya qısa bir müddətdə buna nail olunur. Televiziya inkişaf edib təkmilləşdikcə, müstəqil estetik hadisəyə məxsus yeni-yeni çalarlar kəsb edir.

Hazırda ölkəmizdə mövcud olan televiziya bolluğunda mubaliğəsiz demək olar ki, məhz Azərbaycan Televiziyası çağdaş televiziya məkanımızın flaqmanına çevrilib. Bu, özünü həm maddi-texniki baza, həm də yaradıçılıq potensialında göstərir. AzTV fəaliyyət göstərdiyi bütün dönəmlərdə dəfələrlə böhran və yüksəlişlər yaşayıb, islahatlara məruz qalıb. 2006-cı ildə ölkə Prezidentinin müvafiq sərancamlarına uyğun olaraq, doğma televiziyamız köklü yeniləşməyə qədəm qoymuşdur. Aparılan məqsədyönlü kadr və struktur islahatları bu dəyişikliklərə böyük təkan vermişdir. AzTV-yə rəhbərliyə Arif Alışanovun gətirilməsi bu yeniləşməyə öz töhfəsini verməkdədir. Arif Alışanovun bu vəzifəyə kənardan deyil, televiziyanın içərisindən gətirilməsi isə televiziyanın uğurudur, onun həyatına öz müsbət təsirini göstərməkdədir. O, televizyanı duyur, bilir, sevir. Doğma televizyamızı hər zaman öndə görmək istəyir.

Bu gün AzTV nəsillərin televizyasıdır, desəm, yəqin ki, yanılmaram. Çünki, vətandaşlarmızın bütün yaş dövrünə uyğun rəngarəng, maraqlı verilişlər televiziyanın əsas “mətbəxini” təşkil edir. Məhz bu televiziya dövlət siyasətini tam dolğunluğu ilə təbliğ edir. Mədəni həyatımızın daha kütləvi üç populyar ensiklopediyası olan milli televiziyamızın əxlaq normalarını, milli-mənəvi dəyərlərə, estetik mədəniyyətə, elmi-texniki biliklərə, ədəbiyyata, ictimai fikrə söykənən, müasirliklə ayaqlaşan, cox sevilən, maraqlı, baxımlı, rəngarəng verilişlərlə tamaşaçının zövqünü oxşayır, xüsusilə də, gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, onların estetik mədəniyyətinin yüksəldilməsinə güclü təsir göstərir.

Doğrudur, hazırda qloballaşan, dəyişən dünyamızda Azərbaycan tamaşaçısını televizorla təəccübləndirmək çətindir. İnternet vasitəsilə dünyada baş verən hadisələri özünün diqqət mərkəzində operativliklə saxlayan bu günümüzün tamaşaçısı nəinki, bütövlükdə televerilişlərə, həmçinin, onların quruluş tərkibinə, ssenariyə, dekorasiyaya, operator işinə, aparıcıya, musiqi tərtibatına, geyim tərzinə, nitq müşayiətinə, işiqlanma və s. yüksək tələblər irəli sürür. Cəsarətlə deyə bilərəm ki, uzun illərin təcrübəsinə əsasən, AzTV bu tələblərə cavab vermək üçün maksimum zəruri işlər görür, tamaşaçı zövqünü oxşamağa çalışır.

AzTV haqqında söz açarkən, onun şəxsi həyatımda oynadığı roldan bəhs etməsəm düzgün olmaz. Çünki, məhz doğma televiziyamız nəinki, bir vətəndaş, şəxsiyyət kimi formalaşmağında, eləcə də televiziya jurnalisti kimi özümü təsdiq etməyimdə, Əməkdar jurnalist kimi cəmiyyətdə şərəfli yerlərdən birini tutmağımda böyük rol oynayıb. AzTV digər həmkarlarım kimi, mənim üçün də bir məktəb və doğma məbəddir. Zaman nə olursa-olsun AzTV mənim ata evimdir.

Xəyalım məni 1986-cı ilə apardı. O, ilin aprel ayında Xalq şairi Süleyman Rüstəmin 80 illik yubileyinə həsr olunmuş tədbirin AzTV-də yayımlanması, orada mənim çıxışım sonrakı həyatımda köklü rol oynadı. Ədəbi-dram redaksiyasının ədəbiyyat şöbəsinin müdiri Firudin Ağayevin məni “kəşf” etməsi sonradan ayrı-ayrı verlişlərə dəvət etməsi televiziya jurnalisti kimi həyata vəsiqə almağıma səbəb oldu. Bunun ardınca, ustadım, əməkdar jurnalist Mailə Muradxanlı mənə müstəqil olaraq böyük həcmli verilişlər hazırlamağı həvalə etdi. Birdə baxıb gördüm ki, əsl televiziya işçisi olmuşam. Neçə-neçə verilişin ssenaristi və aparıcısı olmuşam. Böyük ədiblərimizin yaradıcılığından bəhs edən ədəbi-bədii, musiqili verlişlərə müəlliflik etmişəm. Çox jurnalistin qibtə edərək həsrətində olduğu dahi, böyük sənətkarlar müsahibim olmuşdur, SSRI Xalq artistləri Zeynəb Xanlarova, Arif Məlikov, Lütfiyar İmanov, Xalq artistləri Vera Şirye, Həsənağa Turabov, Əliabbas Qədirov, Yaşar Nuriyev, Əminə Yusifqızı, Laləzər Mustafayeva, İlham Əsgərov, xalq şairləri Süleyman Rüstəm, Nəriman Həsənzadə, Nəbi Xəzri, Cabir Novruz, xalq yazıçısı Hüseyn Abbaszadə, Gülhüseyn Hüseynoğlu əməkdar incəsənət xadimi Vladimir Qafarov, eləcə də xalq artistləri Əlibaba Məmmədov, Tələt Qasimov, İlhamə Quliyeva, Məmmədbağır Bağırzadə, Nisə Qasımova, Niyaməddin Musayev, Xalq rəssamları Kamil Əliyev, Fərhad Xəlilov, əməkdar rəssam Hacıağa Nəzərli, akademik Bəkir Nəbiyev, şairlər Atif Zeynallı, Oqtay Rza və başqaları verilişlərimin ən hörmətli, seçilən qonaqlarından olub. Bir sözlə, mən bu televiziyada formalaşmış, təkmilləşmişəm. Mənim AzTV-də əməkdaşlığım təkcə ədəbi-dram, musiqi və əyləncəli verilişlər redaksiyaları ilə kifayətlənmirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətindəki ictimai fəaliyyətimlə bağlı tez-tez AzTV-nin İctimai-siyasi, Xəbərlər redaksiyaları, eləcə də “Səhər” analitik-informasiya və “Xəzər” studiyası ilə də əməkdaşlıq edər, orada da maraqlı sujetlər hazırlayar, müsahibələr verər, verilişlərin qonağı olardım. Mən çox fəxr edirəm ki, AzTV-nin 60, Radiomuzun 90 illiyi ilə əlaqədar hazırlanan tarixi kitablarda mənim də fəaliyyətim öz əksini tapıb. Son illər əvvəllərdə olduğu kimi, AzTV ilə əməkdaşlığımı davam etdirirəm. Dəfələrlə, “Yada düşər xatirələr” verilişində Xalq artisti Həqiqət xanım Əsgərzadənin qonağı olmuşam. “Səhər” proqramında çıxışlar etmişəm. Bununla yanaşı, Milli radioda da Şəfəq Sultan Əlixanlının, digər redaksiyaların qonağı kimi bu və ya digər verilişlərdə çıxışlar edirəm. Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Bu il XX əsr Azərbaycan ədəbiyyatının klassiki, görkəmli lirik, romantik, Şəhid şair Mikayıl Müşfiqin yubileyi respublikanın bütün bölgələrində böyük təntənə ilə qeyd edilir. Azərbaycan Televiziyası və Milli radiomuz bu ölməz şairin ruhuna xüsusi hörmət sərgiləyir. Şairə həsr olunmuş bütün tədbirlər istər televiziyada, istərsə də radioda işıqlandırılır. Elə təkcə, özüm 3 dəfə Milli Radionun qonağı olmuşam. Mənim müəllifliyim və aparıcılığımla həyata keçirilən, Müşfiqin yubileyinə həsr olunmuş həm Qaradağ rayon Əmirov adına Mədəniyyət sarayında, həm də R.Behbudov adına Mahnı Teatrında keçirilən Yubiley tədbirləri AzTV-nin sədri Arif Alışanovun göstərişi ilə bütövlükdə video lentə alınaraq tamaşaçılara təqdim olunub. SSRİ Xalq artisti, böyük sənətkarımız Zeynəb Xanlarova demişkən: ”Arif müəllim Müşfiqə sözün əsl mənasında oğulluq edib”. Bu, əslində Arif müəllimin sənətə, sənətkara göstərdiyi daimi diqqət və qayğıya verilən ən böyük dəyərdir. Yeri gəlmişkən, bütün Müşfiqsevərlər adından Arif müəllimə bu qayğıya görə təşəkkürümüzü bildiririk.

Bu arada Arif Alışanovun yüksək təşkilatçılığı ilə son 12 ildə Milli Televiziya və radioda nəzərə çarpan inkişafı qeyd etməyi özümə borc bilirəm. Yüksək əxlaqi keyfiyyətlərini, estetik mədəniyyəti özündə ehtiva edən AzTV cəmiyyətdə böyük nüfuzu və söz demək haqqı olan ziyalılarımızın məbədinə çevrilib. Bu gün AzTV- də və milli radioda bayağı, şit, estetik, etik normalara cavab verməyən, efir mədəniyyətindən kənar verilişlər efir üzü görə bilmir, incəsənətimizə və mədəniyyatimizə xidmət etməyən bayağı, ucuz nümunələrin səsləndirilməsinə yol verilmir. Milli Televizia və radiomuz, sözün əsl mənasında, böyüyün də, uşağın da baxdığı yeganə ailə televiziyası, radiosudur.

Bu gün maraqlı, rəngarəng, tutarlı verilişləri ilə zövq oxşayan, mənə doğma olan AzTV və Milli radiomuzla əməkdaşlıqdan xüsusi zövq alıram. Xüsusilə də, gənclər üçün yaradılan şəraitə, onlara bəslənən doğma münasibətə, inama heyranam. Məncə, bu gün doğma ocaqda yetişən gənclər nəinki savadlı, bilikli peşəkardırlar, həmçinin, istənilən mövzuya dair dəvətli olan qonaqlarla söhbət zamanı onlardan da yüksək səviyyədə bildiklərini nümayiş etdirirlər. Bununla yanaşı, söhbət zamanı onlara öz məsləhət və tövsiyələrimi verir, bəzən iradlarımı da bildirirəm. Onlar bunları çox səmimi qəbul edirlər. Rövşən Məmmədov, Rüfət Həmzəyev, Rəşad Mehdili, Rövşən Ramazanlı, İlkin Babayev məhz bu qəbildən olan jurnalist və aparıcılardandır. Onlar respublika teleradio məkanının gələcəyidirlər.


Maraqlı verilişləri ilə zövq oxşayan “Mədəniyyət” kanalı ilə gələcəkdə yaxından əməkdaşlıqdan məmnun olardım. Şair və yazıçılarımıza həsr olunmuş aylıq ədəbi-bədii musiqili, kompozisiyalı verilişlər hazırlamaq və Bədii qiraət müsabiqəsini həyata keçirmək mənim gələcək planlarımdandır. İnanıram ki, “Mədəniyyət” kanalının rəhbərliyi bu məsələdə mənə dəstək verəcəklər.   
   

Ürəyimdən, qəlbimdən çox söz keçir. Günlərlə, 35 illik teleradio jurnalistika fəaliyyətimdən, mənə doğma olan uzun tarixi, şərəfli yol keçmiş AzTV və Milli Radio barəsində yaza bilərəm. Sadəcə, istədim teleradio işçilərinin peşə bayramı günündə bu sadə yazımla həmkarlarımı təbrik edim. Çünki Teleradiomuzun inkişafında onların da əməyi, zəhməti vardır.

Məncə, bu anda yazıya nöqtə qoymaq olar. Əvvəlki yazılarımda bu barədə geniş məlumatlar vermişdim.

Növbəti yazıya keçid ümidləriylə sadiq həmkarınız

Qafar Əsgərzadə
Əməkdar jurnalist, Pedaqogika üzrə fəlsəfə doktoru 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi - FOTO 20 Fevral 2020, 22:16 Dəniz quldurları 4 gürcü dənizçini qaçırdı 20 Fevral 2020, 22:02 İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb - FOTO 20 Fevral 2020, 21:51 İraq İranla sərhədi bağladı 20 Fevral 2020, 21:36 Azərbaycan meşə yanğınına görə 50 min ABŞ dolları ayırdı 20 Fevral 2020, 21:29 İranda KİV nümayəndələrinə koronavirusla bağlı xəbərdarlıq 20 Fevral 2020, 21:16 Narkoloji xəstə məhkumlar ödənişsiz psixoloji yardım alacaqlar 20 Fevral 2020, 21:03 Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib - FOTOLAR 20 Fevral 2020, 20:49 “2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub”  - İtaliya Prezidenti  20 Fevral 2020, 20:39 MSK-nın 4.5 saat çəkən iclası başa çatdı 20 Fevral 2020, 20:37 “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır” -  İlham Əliyev 20 Fevral 2020, 20:26 Vətəndaşların xarici valyutada əmanətləri azalıb 20 Fevral 2020, 20:12 Ziyad Səmədzadənin dairəsində 4 məntəqə ləğv olundu 20 Fevral 2020, 20:05 MSK-dan Aydın Hüseynovun lider olduğu dairə ilə bağlı QƏRAR 20 Fevral 2020, 20:00 Cəbhə bölgəsində 40 yaşlı qadın itkin düşdü - ÖZƏL 20 Fevral 2020, 19:54 MSK daha bir dairədə məntəqənin nəticələrini ləğv etdi 20 Fevral 2020, 19:46 Prezident İtaliya Senatının Sədri ilə enerji layihələrini müzakirə etdi 20 Fevral 2020, 19:45 Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayında - FOTOLAR 20 Fevral 2020, 19:31 MSK sədri: “Qubad İbadoğlunun qızını qanunla cəzalandıracaqlar” 20 Fevral 2020, 19:28 İdlibdə 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb 20 Fevral 2020, 19:20 Tahir Mirkişili: “Bütün dünya şahidlik etsin…” 20 Fevral 2020, 19:12 Azərbaycan-İtaliya sənədləri mübadilə edilib 20 Fevral 2020, 18:56 Nazirlik “Qadınların fəhlə bazarın”da çalışanları işlə təmin edəcək - FOTO 20 Fevral 2020, 18:46 Keçmiş deputatın oğlunun namizəd olduğu dairədə 5 məntəqə ləğv olundu 20 Fevral 2020, 18:39 Prezident Neftçalanın icra başçısını işdən çıxardı - İsmayıl Vəliyevin DOSYESİ   20 Fevral 2020, 18:24 MSK “Ölüf, ölüf, derəm saa... Qavır daşı da var” videosunu müzakirəyə çıxardı - VİDEO 20 Fevral 2020, 18:24 Elza Seyidcahan yeni şeir YAZDI: Dövlətimizin sevgisi məni mərd edir... 20 Fevral 2020, 18:18 6 minə yaxın məhkəmə işinə xitam veriləcək 20 Fevral 2020, 18:00 Goranboyda vətənpərvərlik tədbiri keçirilib - FOTO 20 Fevral 2020, 17:54 Universitetdə karyera sərgisi təşkil olunub - Fotolar 20 Fevral 2020, 17:48 Azərbaycan Avstraliyaya 50 min manat yardım etdi 20 Fevral 2020, 17:42 İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu? 20 Fevral 2020, 17:39 Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI 20 Fevral 2020, 17:30 İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədrini Azərbaycana dəvət etdi 20 Fevral 2020, 17:19 “Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın”  - Məzahir Pənahov 20 Fevral 2020, 17:13