Modern.az

Xaləddin İsgəndərovun daha bir kadrı işdən çıxarıldı

Xaləddin İsgəndərovun daha bir kadrı işdən çıxarıldı

Aktual

6 Noyabr 2018, 12:33

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib.

 

Modern.az İcra Hakimiyyətinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

 

Qeyd edək ki, Elman Dadaşov İctimai-siyasi və humanitar məsələlər şöbəsinə 2015-ci ildə təyinat almışdı.

 

İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, adı çəkilən şöbəyə müdir vəzifəsinə hələlik təyinat yoxdur.

 

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 

 

Mail Ağaxanov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi