Modern.az

Mədəniyyət naziri sponsorlar barədə təklif verdi  

Mədəniyyət naziri sponsorlar barədə təklif verdi   

Aktual

6 Noyabr 2018, 13:00

Bu gün mədəniyyət sahəsinə ayırmaların edilməsi, ianələrin verilməsi, sponsorluğun edilməsi qanunvericilik çərçivəsində həll olunmalıdır.

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev parlamentdəki büdcə müzakirələrində deyib.

Nazir təklif edir ki, Milli Məclis tərəfindən mədəniyyət sahəsində sponsorluq hərəkatının genişləndirilməsi üçün qanunvericlik bazası yaradılsın. Ə.Qarayev əlavə edib ki, hazırda bütün mədəniyyətin maliyyələşdirilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

“Mədəniyyət sahəsində böyük optimallaşdırma işləri aparılır. Bunun nəticəsi olaraq, lazımsız iş yerlərinin bağlanması, vəsaitin daha səmərəli xərclənməsi və strukturun formalaşdırılmasında çox qətiyyətli addımlar atılıb”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi