Modern.az

Hepatitli xəstələrə hansı pulsuz dərmanlar verilir? - Nazirlikdən AÇIQLAMA  

Hepatitli xəstələrə hansı pulsuz dərmanlar verilir? - Nazirlikdən AÇIQLAMA  

6 Noyabr 2018, 13:22

“Azərbaycanda hepatit virusundan əziyyət çəkən xəstələrə pulsuz dərmanların paylanması prosesi davam edir”.

Bununla bağlı Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib. O vurğulayıb ki, müvafiq qanun layihəsi çərçivəsində nazirlikdə yaradılan hepatit B və C virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiya bu istiqamətlə tədbirləri davam etdirir:


“Dərmanların paylanması prosesi hepatit xəstələrinin Komissiyaya müraciəti ilə aparılır. Dərmana ehtiyacı olan şəxslər komissiyada qeydiyyat alınır, müvafiq dərmanlarla təmin edilir”.

Hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə Komissiyanın sədri, professor Murad Məmmədovun sözlərinə görə, indyə qədər 9 mindən çox hepatit xəstəsi onlara müraciət edib:

“Komissiya müraciət edən şəxslərin müalicəyə göstərişinin olub-olmamasını dəqiqləşdirir. Müalicəyə göstərişi olan hər bir xəstəyə pulsuz dərmanlar paylanır. Mərkəzləşmiş formada proses həyata keçirilir və həmin xəstələr öz həkimlərinin resepti əsasında dərmanları istifadə edirlər. Qeyd etmək istəyirəm ki, bizə pulsuz dərman üçün müraciət edən hepatit xəstələrinin hamısı Azərbaycanda müalicə alır”.

Qeyd edək ki, ilin əvvəlində Səhiyyə Nazirliyi tərəfindən hepatit xəstələrinə pulsuz paylanan dərmanlar ölkəyə gətirilib. Bunlar hepatit B üçün "İnterferon", Ukraynadan gətirilən "Ukroferon", hepatit C üçün "Ukroferon" və "Ribovirin" preparatlarıdır. Bu dərman preparatları müvafiq sxemlər üzrə, xəstəliyin növündən asılı olaraq xəstələrə tətbiq olunur. Hepatit B virusu üçün dərmanlar 24 həftə ərzində, hepatit C virusunun isə genotip növündən asılı olaraq 24 və ya 48 həftəlik təyin olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu