Azərbaycan Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlamasına cavab verib.
Müdafiə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil:
"Düşənbədə əldə olunmuş razılığa əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".