Modern.az

DSX əməliyyat keçirdi: Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı - FOTO

DSX əməliyyat keçirdi: Azərbaycana narkotik gətirən şəxslər saxlanıldı - FOTO

Aktual

6 Noyabr 2018, 17:55
Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri Astara rayonu Şahağacı kəndi istiqamətində İran İslam Respublikasından Azərbaycana doğru hərəkət etməklə sərhəd sularımıza daxil olan hədəf aşkar edib.
 
DSX-nın Mətbuat Mərkəzindən Modern.az-a verilən məlumata görə, hadisə noyabrın 4-də saat 15:25 radələrində qeydə alınıb.
 
Həmin üzmə vasitəsi qısa müddət ərzində ərazidə dayanıb və İran sularına doğru geri üzüb.
 
Qeyd olunan koordinatlar dərhal sərhəd gözətçi gəmisi tərəfindən nəzarə­tə götürülüb. Noyabrın 5-də həmin ərazidə balıq ovu məqsədilə qayıqla dənizə çıxan Astara rayonu Şahağacı sakinləri - 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Dadaş oğlu və 1994-cü il təvəllüdlü Feyruzzadə Elzamin Rafiq oğlu özlərini şübhəli apardıqları üçün sərhəd gözətçi gəmisi tərəfindən saxlanılıb, qayığın dayandığı koordinat­lar­da suya keçirilən baxış zamanı 3 (üç) ədəd bağlamada ümumi çəkisi 2 kq 420 qr olan narkotik vasitə aşkarlanaraq götürülüb.
 
Baş vermiş hadisə ilə bağlı DSX-nin İstintaq-Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 318.2-ci, 206.3.2-ci, 234.4.1-ci, 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.
 
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi