Modern.az

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının koordinatoru Dünya Gənclər Forumunda - FOTO

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının koordinatoru Dünya Gənclər Forumunda - FOTO

6 Noyabr 2018, 19:09

“Azərbaycan Diaspor Gəncləri” təşkilatının Macarıstan üzrə koordinatoru Murad Aslanlı Misirin Şarm-Əş-Şeyx şəhərində keçirilən Dünya Gənclər Forumunda təmsil olunur. 

 

Modern.az xəbər verir ki, noyabrın 3-dən 6-dək davam edən Forum Misir Ərəb Respublikasının Prezidenti Əbdül Fəttah Əs-Sisinin birbaşa nəzarəti ilə həyata keçirilir və 142 ölkədən 5000-dən çox gənc iştirak edir. Forumun məqsədi dünyadakı aktiv gəncləri bir araya toplayaraq “Sülh, İnkişaf və Kreativlik” mövzularında qlobal çağırışlara həll yollarını axtarmaqdır.

 

“Azərbaycan Diaspor Gəncləri” nümayəndəsi Murad Aslanlı ilin ən böyük gənclər tədbirində iştirak edərək müxtəlif sessiyalarda yer alıb. O, Misir Prezidenti  Əbdül Fəttah Əs-Sisi şəxsən yer alacağı Dünya Gənclər Teatrına və Sülh Marafonuna dəvət alıb.

 

Qeyd edək ki, Forumda Azərbaycandan bir qrup gənc fəal da iştirak edir. Forum nəticələrin və bəyannamələrinin açıqlanacağı bağlanış mərasimi ilə yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...