Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Natiq Binyətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Modern.az Trend.az-a istinadən məlumat verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İttihama görə, Şamaxı rayonunun Acıdərə yaşayış massivindəki fermada çobanlıqla məşğul olan, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov ov tüfəngi ilə həmin fermada qonşusu olan digər çoban, rayonun Quşçu kənd sakini, 1980-ci il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyevi qətlə yetirib.