Modern.az

Yeni model telefon istifadəçilərə təqdim olunub

Yeni model telefon istifadəçilərə təqdim olunub

Aktual

6 Noyabr 2018, 20:24

Yeni “Motorola One” istifadəçilərə təqdim olunacaq. Modern.az xəbər verir ki, “Motorola”nın orta səviyyəli yeni modeli 720 x 1520 pikseldə 5.9 düymlük ekranla istifadəçilərə təqdim olunacaq. 4 GB RAM ilə dəstəklənən telefonun daxili yaddaşı 64 GB-dır.

Telefon arxa tərəfində 13MP + 2MP ikili kameraya, ön tərəfdə isə bir 8MP selfie kameraya malikdir.

3000 mAh həcmli batareya ilə işləyən “Motorola One” noyabrın 11-də 399 dollarlıq qiymətlə təqdim olunacaq. Telefonun 1 ay ərzində “Android Pie”ə keçəcəyi təxmin edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi