“Qarabağ" komandası Ukraynada "Vorskla" ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb. Modern.az "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisini aparan çarter reysli təyyarə yerli hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib.
Aeroportda komandanı bir qrup ukraynalı jurnalist və azərbaycanlı azarkeşlər qarşılayıb.
"Qarabağ" noyabrın 7-də Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq. Məşqdən əvvəl saat 20:30-da baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək. "Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər önünə saat 19:00-da çıxacaq. Oktyabrın 8-də keçiriləcək oyun saat 24:00-da başlanacaq.