Arxiv
7 Noyabr 2018, 10:05 | HADİSƏ
Psixoloq: “Ərinin xəyanətini bağışlamamaq xanımın zəifliyidir” - MÜSAHİBƏ

Azərbaycanda gənc ailələr arasında boşanmaların sayının artığı bildirilir. Lakin  hazırda ən diqqət çəkən  başqa məqam var, gənc ailələr deyil, illərdir bir yerdə yaşayan yaşlı ailələr boşanır. Və vəziyyət  gənc ailələr arasındakı boşanmaları keçir. Bu istiqamətdə araşdırma aparan psixoloq-psixoterapevt Xanim Niftəliyeva problemin kökü və səbəbləri ilə bağlı Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 

- Gənc ailələr hardasa başa düşüləndir. Sosial şəbəkələr, çılğınlıq, xəyanət və s. Bəs uzun ömürlü ailələr niyə ayrılır? Bunun kökündə nə durur?

 

- Boşanmalrın sayı bütün dünya üzrə, o cümlədən Azərbaycanda da normanı keçib. Bu,bir  SOS siqnaldır. Boşanmaların qarşısını almaq üçün  mütləq tədbir görülməlidir.  Biz Ədliyyə Nazirliyinin təşkil etdiyi pilot layihəsinə, ASAN xidmət mərkəzlərində psixoloq kimi fəaliyyət göstəririrk. Nikaha son qoymaq üçün  bizə müraciət edən şəxslərlə görüşüb, söhbət edirik.  Əgər ailələrdə-qadın və ya kişidə psixoloji travma varsa, bunu aradan qaldırıb, onların barışması üçün yardım edirik. Yeni qurulan ailələr arasında  baş verən boşanmalara “ailə krizləri” deyirik. Bu krizləri hardasa başa düşmək olur. Amma günümüzdə ən böyük faciələrdən biri budur ki, boşanma üçün müraciət edən 5 ailədən 4-ü uzun illər ailəni qoruyub evliliyi 30-35 ilə çatdıran insanlardır.  Sizə konkret bir misal çəkim. Keçən həftə işlədiyim 5 ailədən 4-ü illərdir nikahda olan insanlar idi.  Rəqəmlərə diqqət edin, bir insan ömrünə bərabər rəqəmlərdir. 25, 28, 30, 32 ildir ki, bir yerdə yaşayıblar.  Onu da deyim ki, son 3-4 aydır ki, belə hallarla  daha tez-tez qarşılaşıram. Yeni qurulan ailələrdə qeyd etdiyim kimi  kriz-yəni böhran  dövrü var. Həmin vaxt müraciət etdikdə biz  mütəxəssislər  onlarla işləyirik və krizdən çıxarırıq, beləliklə onlar  yenidən evlilik həyatına davam etməyə başlayırlar. Son zamanlar müşahidə edirəm ki, illərin çətinliyinə dözənlər bu gün boşanır. Səbəb kimi də deyilir ki, yola getmirik, anlaşa bilmirik.

 

- Bu necə olur?  İllərdir yola gedirlər, acını, şirini  birgə dadırlar, hətta nənə- baba olduqdan sonra bir-birlərini anlaya bilmədiklərini dilə gətirirlər.

 

- Gənclər maddi durumu, xəyanəti səbəb kimi göstərir. Bu yaşlılar isə illərdir öz ayaqları üzərində dayanıb, bütün çətinlikləri aşıblar, övladlarına təhsil veriblər, evləndiriblər. Səbəbi soruşanda bəyin, yaxud qadının sosial şəbəkələrdən, telefondan, televiziordan çox istifadə etdiyini deyirlər. Burada çox zaman ittiham olunan tərəf bəylər olur. Onlar özləri də bunu etiraf edir. İnanın, işlədiyimiz ailələrin problemini araşdıranda onların xəyanətə görə boşandıqlarının şahidi oluruq.  Bu zaman ortaya sual çıxır. Bu insan əvvəl xəyanət etmirdi,  indi ortaya çıxdı? Xeyr. Qadınlarımız cəfakeşdir, zəhmətkeşdir. Başları övladlarını böyütməyə, evin sıxıntılarını həll etməyə qarışır və özlərinə baxmırlar. O cümlədən də, həyat yoldaşlarını diqqətdən kənarda qoyurlar.

Belə olanda isə kişilər başqa liman axtarır. Xanım övladlarını böyüdür, evləndirir. Evi ilə bağlı bütün işləri qaydasına qoyur və baxır ki, ömür gedir, həyatda istədiyi çox şeyə nail olub. Övladları xoşbəxtdir, özü isə mənəvi olaraq həyat yoldaşını itirib, o başqasının yanındadır.

Bu zaman xanım bunu qəbul edə bilmir. İllərdir cəfa çəkən, əzab çəkən, yoldaşına sevginin zərrə qədər azalmadığını deyən qadın xəyanəti qəbul etmir. Övlad dünyaya gəldikdən sonra qadınlar həyat yoldaşlarını 2ci, 3-cü plana atır. Övlad dünyaya gətirdikdən sonra onlara bir rahatlıq gəlir ki, artıq həyat yoldaşım heç yerə gedə bilməz, məni ata bilməz. Xanımlar ilk növbədə bütün sevgi, diqqət və qayğısını  həyat yoldaşlarına verməlidirlər. Çünki onların hər an bir qadın tərəfdən diqqətə, qayğıya, nəvazişə ehtiyacı var. Çünki onları bir qadın dünyaya gətirib, nazını çəkib, qayğısına qalıb. Ailə qurduqdan sonra hər bir bəy evləndiyi qadını anasının yerinə qoyur. Anası və xanımın etdiyini özü də bilmədən şüuraltı hesablayır. Nəticədə xanımının diqqətinin az olduğunu gördükdə başqasına meyl edir.

Bir məsləhətim var, istəyirəm ki, xəyanətə görə heç bir qadın zəif olmasın, üçüncü tərəfə şans verməsin. Öz həyat yoldaşlarına sahib çıxsınlar, heç vaxt heç nə gec deyil. Sevgi, qayğı, diqqətlə həyat yoldaşlarını geri qaytarmağa çalışsınlar. Boşanmaq çarə deyil, ilk növbədə üçüncü şəxsə şans verməkdir. Əksinə güclü olub həyat yoldaşına sahib çıxamaq lazımdır.  Məhəmməd peyğəmbər “cənnət anaların ayaqları altındadır” deyib. Mən xanımlarımızı çiçəyə, qızılgül ləçəyinə bənzədirəm. Həmişə çalışmaq lazımdır ki, o gözəlliyi, təravəti qorusunlar. Hər şeydən əvvəl xanım özünə baxmalıdır. Belə olduqda həyat yoldaşı onu qoyub başqasının yanına getməz.

 

- Xəyanət nədir? Kimisə sevmək və buna görə ailəni tərk etmək xəyanətdir?

 

 - Bu söz insana ağır gəlsə də, unutmayaq ki, hiss həm də bir şəhvət, heyvani, fiziki hissdir.  Bu, ruhi olarsa, ora sevgi, istək, xoşbəxtlik daxil olar və uzun müddət davam edər.  Bizə boşanma ilə bağlı müraciət edən qadınlar sual verirlər ki, xəyanəti bağışlamaq olarmı? Əlbəttə olar. 

Əgər bu fiziki, hansısa bir tələbatı ödəmək üçündürsə, niyə də bağışlanmasın? Ərinin xəyanətini bağışlamamaq xanımın zəifliyidir. Sevən insan sevdiyini bütün qüsurları ilə qəbul edir. Yaxşı gündə, pis gündə bərabər olmaq istəyiriksə, düşünək ki, tamahı güc gəlib xəyanət edib. Düşünək ki, bu, bir xəstəlikdir. Bir övlad dünyaya xəstə gəldikdə onu atmırıq, əksinə daha çox qayğı göstərir, sevgimizlə qoruyuruq. Xəyanət edən haqqında da belə düşünək, daha çox qayğı göstərək, ona. Onu bu xəstəlikdən qurtarmağın yolu boşanmaq deyil. Burada diqqətimi çəkən bir məqam da var. Niyə müdrikliyə qədəm qoyduqda kişilər xəyanətə daha çox meyilli olur? Kişilər yaşa dolduqca onlarda gənclik, yeniyetməlik dövründəki kimi cinsəl istəklər çoxalmağa başlayır. Onlar düşünür ki, həyatlarında nə qədər çox qadın olsa, o qədər çox qazanarlar. O səbəbdən də meyillilikləri artır. Qadınlar güclü olsun, həyat yoldaşlarına sahib çıxsın. Özlərini sevməyi, diqqət etməyi bacarsınlar. Qadınlar özlərinə dəyər versinlər və gözəlliklərini qorusunlar.

 

- Demək hisslərin, sevginin yaşa dəxli yoxdur? Hər zaman hər kəsin qapısını döyə bilər?

 

- Bəzən deyirlər ki, filankəs ikinci baharını yaşayır. Ola bilər ki, bu sözü vaxtı ilə ailəsi tərəfindən məcbur evləndirilənlər deyir. Gənclik yaşında bir şəxs ailənin seçdiyi bir qızla evlənir. İlk vaxtlar sevdiyini düşünür. Amma görür ki, hər şey ideal deyil. Müsbətlə yanaşı, mənfi tərəflərimiz də var və qadın bunları çox müəyyən edə bilmir. Çünki məişət qayğıları başını qatır. Bəylər isə xanımın kiçik qüsurunu böyük görür.

 

Çünki sevmədən ailə qurur və bunu qəbul edə bilmir. Zaman keçdikcə, 40 yaşdan sonra ikinci baharını yaşamaq istəyir, sevmək, sevilmək istəyir. Bunun  tam bioloji, fizioloji, yoxsa psixoloji olduğu müəyyən edilməyib.  Amma mən bunun psixoloji olduğunu düşünürəm. Dədə-babalarımızdan gələn bu söz şüuraltımıza bu cür oturub. Ahıllığa doğru getdiyini görür və gənclik illərində tam yaşaya bilmədiyi duyğuları doya-doya yaşamaq istəyir. Yeni enerji ilə sevgiyə, qayğıya ehtiyac duyurlar. Elə xəyanətlərin də əksəriyyəti yenə buradan qaynaqlanır. Qadın onu anlamır, başa düşmürsə başqa biri ilə münasibət qurur. Çox dəyər verdiyim bir müəllimim Vaqif Əbdülhüseynov həmişə deyirdi ki, qadınlar ömürünün sonuna kimi bir kişini sevərək yaşaya bilir, amma kişilər bir qadınla heç vaxt kifayətlənə bilmir. Çünki onlar mənəvi, ruhi olaraq acdırlar.

Biz həmişə qarşımızdakı insanı görmək istədiyimiz kimi görməyə çalışırıq. Amma unutmayaq ki, həyat yoldaşımız Allahın bizə bir mesajıdır.

Biz onlarla küsəndə, stress yaşadanda sanki bunları Allaha edirik. Bu Allahın bizə fürsəti, sınağıdır. Onu yox, özümüzü dəyişməyə çalışmalıyıq.

 

Bir insanda nə qədər qüsur axtarsan, o qədər problemlə qarşılaşarsan. Ona görə də çalışmalıyıq ki, ailə münasibətlərində az qüsur axtaraq. Nə qədər az qüsur, o qədər çox xoşbəxtlik gətirər. Buna üstünlük versək, ailə problemlərimiz o qədər tez həll olunar. Birində axtardığımız qüsur öz şüuraltımızda, özümüzdə daha çox olduğu üzə çıxır. Bir kişi, yaxud qadın öz həyat yoldaşında bir problem axtarırsa, bu, psixoloji amildir. O deməkdir ki,  onun şüuraltında daha dərin problem var. Necə ki,  biz yoldaşımızın qayğısına qalır, yemək verir, paltarlarını təmiz edirik, onun mənəvi əziyyətlərini çəkirik , amma bir şeyi unuduruq ki,  ruhunu doyurtmuruq. Ruhu ac olduqda insanın fikri başqa yerdə olur. Ruhu tox insan sevdiyi qadına da, ailəsinə, dostuna da sadiq olur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
2 güləşçimiz EYOF-da qızıl qazandı 23 İyul 2019, 17:01 Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək 23 İyul 2019, 16:49 Ağstafada mərmi tapıldı 23 İyul 2019, 16:43 “Nar” şəbəkəsi gücləndirilmiş rejimə keçdi 23 İyul 2019, 16:41 Azərbaycan 190 ölkə arasında 9-cu yerdədir 23 İyul 2019, 16:40 Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub 23 İyul 2019, 16:40 Prezident Murad Köhnəqalaya ev hədiyyə etdi 23 İyul 2019, 16:38 Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən saxlanıldı 23 İyul 2019, 16:36 Meşədə narkotik bitki əkən dəstə tutuldu - FOTOLAR 23 İyul 2019, 16:33 Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı 23 İyul 2019, 16:11 Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi 23 İyul 2019, 15:59 Bakı-Tbilisi reysinin hərəkət cədvəlinə dəyişiklik edildi   23 İyul 2019, 15:50 Böyük Britaniyanın yeni baş NAZİRİ 23 İyul 2019, 15:42 “Azərbaycan” kinoteatrı özəlləşdirildi 23 İyul 2019, 15:31 Şirvanın su təchizatı yaxşılaşdırılır 23 İyul 2019, 15:18 21 cinayətin üstü “isti izlər”lə açıldı 23 İyul 2019, 15:14 Beş güləşçimiz EYOF-un finalında   23 İyul 2019, 15:13 Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb 23 İyul 2019, 14:54 “Reket jurnalistika”ya qarşı mübarizəsi ictimai qınağa söykənir – AÇIQLAMA 23 İyul 2019, 14:38 Rövşən Rzayev vətəndaşları qəbul edib 23 İyul 2019, 14:29 Ağsuda “Mercedes” aşdı: Bir ölü, bir yaralı 23 İyul 2019, 14:26 Müəllimlərin işə qəbulu imtahanları başa çatır   23 İyul 2019, 14:22 Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı 23 İyul 2019, 14:00 Cənubi Koreya ilə Rusiya arasında QALMAQAL 23 İyul 2019, 13:50 BMT-dən Bəşər Əsədə TƏLƏB 23 İyul 2019, 13:43 Bərdədə xəstəxanaya atılan azyaşlıların atası tapıldı 23 İyul 2019, 13:34 Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini elan etdi 23 İyul 2019, 13:31 “UNEC Ekspert” jurnalının xüsusi buraxılışı: Vergi islahatları 23 İyul 2019, 13:26 Hərracda manatın məzənnəsi müəyyənləşdi 23 İyul 2019, 13:15 10000 manatlıq gömrük ödənişindən yayınmaq istədilər  - FOTOLAR 23 İyul 2019, 13:06 Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimi - yekun planlaşdırma keçirildi 23 İyul 2019, 13:02 Avtovağzalın məlumat mərkəzi yenilənir 23 İyul 2019, 12:59 “Contra Magazin”: Azərbaycan ABŞ qoşunlarının İrana keçidinə icazə verməz   23 İyul 2019, 12:59 Güclü külək davam edəcək - HAVA PROQNOZU 23 İyul 2019, 12:55 Azərbaycanlı güləşçilər mübarizəyə qələbə ilə başlayıblar 23 İyul 2019, 12:49