Arxiv
7 Noyabr 2018, 11:58 | MEDİA
Bizimkilər - “Pəncərə”ni aparan oğlan: “Atam məni dünya çempionatından məhrum etdi” - MÜSAHİBƏ  

Modern.az-da “Bizimkilər” rubrikasına davam edirik.  Saytımızın bu rubrikasında özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın növbəti qonağı ARB TV-ninPəncərə” verilişinin layihə rəhbəri və aparıcısı Rahil Sayadoğludur.


Kərimov Rahil Sayad oğlu 1988-ci ilin 25 oktyabrında Bakıda dünyaya gəlib. Yasamal rayonu 158 saylı orta məktəbdə təhsil alıb. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ədəbi yaradıcılıq və ekran dramaturgiyası fakültəsini bitirib. Hələ 3-cü kursda oxuyarkən, yəni 2008-ci ildə “Lider” TV-də işə düzəlib. 5 il bu kanalda işlədikdən sonra televiziya fəaliyyətini növbəti kanallarda davam etdirib. 8 ay ATV-də, 2 il ANS-də çalışdıqdan sonra hal-hazırda karyerasını ARB TV-də davam etdirir. “Pəncərə” verilişinin layihə rəhbəri və aparıcısıdır. Evlidir.

- Rahil bəy, necə oldu ki, bu sahəni seçdiniz?

- Uşaqlıqdan TV-yə, jurnalistikaya marağım olub. “Lider” telekanalı bizim evin yaxınlığında yerləşir. Uşaqlıqda hər dəfə oradan keçəndə yaxasında media vəsiqəsi olan işçiləri görüb onlara həsədlə baxırdım. İş elə gətirdi ki, 3-cü kursa başlayanda qrup yoldaşım və dostum Nazim Xəliloğlu ilə birgə “Lider”ə layihə təqdim etdik. O vaxt kanalda baş prodüser Murad Dadaşov idi. Murad müəllimin komandası layihəmizi bəyəndi və beləcə biz işə götürüldük.

- Bir gənc olaraq qarşınıza qoyduğunuz məqsədlərə çata bilmisiniz?

- Ən böyük məqsədim media sahəsində çalışmaq idi. Buna nail oldum. Digər məqsədlər isə hələ ki, öz növbəsini gözləyir.



- İrəli getmək üçün nələrə diqqət edirsiniz?

- İrəli getmək üçün daha çox çalışmaq, daha çox oxumaq lazımdır. Rahatlığını qurban verməsən, komfort zonasından çıxmasan, sıradan biri olacaqsan və irəli gedə bilməyəcəksən. Əlimdən gələni edirəm ki, bir il sonra geriyə baxanda əldə etdiklərim göz qabağında olsun.

- İnkişafa doğru addımladığınız yolda ən böyük dəstəyi kim verib?

- Dəstək verənlər çox olub. Ailəm bu siyahının ən başında gəlir. 2006-cı ildə universitetə hazırlaşırdım. Futbol üzrə dünya çempionatı gedirdi. Atam televizoru bağlamışdı. Mənim kimi futbol azarkeşi çempionatdan məhrum olmuşdu. Xeyrini də gördüm. Yaxşı bal topladım, çox möhtəşəm bir fakültəyə daxil oldum. Universitet illərində ən böyük dəstəyi mərhum müəllimimiz rejissor Ədalət Ziyadxanovdan almışam. Onun mənə verdikləri bir ömür boyu bəsim olacaq. İş karyeramda Murad Dadaşovdan böyük dəstək görmüşəm.

- Televiziyada uğur qazanmısınız. Necə düşünürsünüz, qəzetlərdə və saytlarda fəaliyyət göstərsəniz, eyni uğuru qazana bilərsiniz?

- Əvvəla ondan başlayaq ki, televiziyada o qədər də böyük uğur qazanmamışam. Heç aparıcılığa iddiam da olmayıb, sadəcə, efir imkanı yaratdılar, mən də bacardığım qədər öhdəsindən gəlməyə çalışdım. Mənə elə gəlir ki, daha böyük uğurlar qarşıdadır. O ki qaldı qəzetlərə və saytlara, mən harada işləsəm, özümə bir yer tapa bilərəm. Çünki nəyim də olmasa, qələmim var. Buna güvənirəm. Yazı qabiliyyətim məni həmişə xilas edir.


- Hədəfləriniz nələrdir?

- Hədəfim ömrümün sonuna qədər özümü qorumağı bacarmaqdır. Simamı qoruyum, yalan danışmayım, qatığa qara deməyim, bu mənə bəsdir. İş hədəflərinə gəldikdə isə reklam marketinqi sahəsində uğurlar qazanmaq istəyirəm. Bu yöndə işlər də görürəm.

- Əvvəl “Şəbəkə”, indi isə “Pəncərə” adlı maraqlı verilişlə tamaşaçıların qarşısına çıxırsınız. Sizi daha çox hansı verilişinizə görə tanıyırlar?

- Əvvəllər daha çox “Şəbəkəni aparan oğlan” deyirdilər. Son bir ildə “Pəncərəni aparan oğlan” deyənlərin sayı çoxalıb. Bəziləri üzümdəki xallara görə tanıyır. Böyük çoxluq isə məni səsimdən tanıyır. “Səsin tanış gəlir” cümləsinin sayını itirmişəm.


- Verilişinizdə sosial şəbəkə istifadəçilərinin maraqlı şərhlərini səsləndirirsiniz. Oxuya bilmədiyiniz şərhlər olurmu?

- Əlbəttə olur. Bir mövzuya yüzlərlə şərh yazılır. Hamısını oxumaq mümkün deyil. Çalışıram ki, ən maraqlılarını oxuyum. Tamaşaçılar da şərhlərini oxumadığım üçün daha məndən incimir, başa düşürlər, anlayışla qarşılayırlar.

- Sizə hansı iradı tuturlar?

- Adətən tez-tez danışmağımı irad tuturlar. Deyirlər ki, nə dediyini yaxşı başa düşmürük, bir az aramla danış. Başqa xüsusi irad olmayıb, ya da mən xatırlamıram.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19