Arxiv
7 Noyabr 2018, 13:46 | HADİSƏ
“Anam neçə illərdir doğum günü keçirmir” - Lalə Şövkətin oğlu  

7 noyabr tarixi Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyevanın doğum günüdür, onun 67 yaşı tamam olur.

Maraqlıdır ki, Lalə Şövkət heç vaxt doğum gününü qeyd etmir. Lideri olduğu partiya üzvləri belə, Lalə Şövkəti doğum günü ilə bağlı təbrik etmirlər.

Modern.az saytı növbəti doğum günündə Lalə xanımla əlaqə saxlamağa cəhd edib. O ümidlə ki, bəlkə Lalə xanımın 67 yaşla bağlı təəssüratlarını öyrənə bildik. Bu dəfə də alınmadı.


Lalə Şövkətin oğlu Sidqi Şövkət Modern.az-a açıqlamasında Lalə xanımın nə üçün doğum günü keçirmədiyini söyləyib.


“Öncə sizə təşəkkür edirəm ki, anamı heç zaman unutmursunuz. Bəli, bu gün Lalə xanımın doğum tarixidir. Amma neçə illərdir ki, o, doğum günü keçirmir. Təbii, bu da səbəbsiz deyil. 1983-cü ildə anamın atası Şövkət bəy dünyasını dəyişib. O vaxtdan Lalə xanım doğum günlərini unudub. Üstəlik 1988-ci ildə anası Siddiqə xanım dünyasını dəyişib. Doğum günü keçirtməməklə bağlı Lalə xanımın fikri qətiləşib”.


Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. 1968-ci ildə Bakıdakı 189 saylı orta məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. 1974-cü ildə institutu bitirdikdən sonra Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.

1975-ci ildə internaturanı bitirdikdən sonra həmin elmi mərkəzdə klinik ordinaturanı dünya şöhrətli alim, akademik V.V.Vinoqradovun rəhbərliyi ilə davam etdirib və 25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib.

37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və RSFSR-nin Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib. Onun elmi tədqiqatları SSRİ-də səhiyyənin inkişafına səmərəli təsir göstərmiş, benəlxalq aləmdə yüksək qiymətləndirilib. 100-dən çox elmi əsərin müəllifidir. Professordur.

1991-ci ildə RSFSR-nin baş naziri İ.Silayev tərəfindən rəsmi olaraq Rusiyanın sosial-siyasət konsepsiyasının hazırlanması işinə cəlb edilib. Lalə Şövkət RSFSR Ali Sovetinin səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəri, Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatçıları assosiasiyasının vitse-prezidenti, Beynəlxalq Eko-Fəlsəfə Fondunun Rəyasət Heyətinin üzvü olub. Fəlsəfə və hüquq elmləri doktoru fəxri adına layiq görülüb.

1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib. 1990-ci il "Qanlı yanvar" hadisəsi onun siyasi fəaliyyətində və həyatında dönüş nöqtəsi olur. Yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində Sovet Ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk olaraq Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilir. Lakin Lalə Şövkət bundan imtina edib.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət  prezident seçkilərinə qurumun lideri kimi qatılıb.

2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində qələbə qazanır və  onun mandatı rəsmən təsdiq edilir. Lakin seçki pozuntularına etirazını bildirən Lalə Şövkət millət vəkili mandatından imtina edib.

Sonralar heç bir seçkiyə qatılmayıb.  

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33 Bakcell yenə də ən yüksək nəticə göstərdi 17 İyul 2019, 15:18 “Təxribata uymayan Azərbaycan əsgərinə təşəkkür edirik” – Gürcüstanın azərbaycanlı deputatları 17 İyul 2019, 15:13 Nazirlik Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə verəcək 17 İyul 2019, 14:36 50 milyon manatlıq istiqrazlar... 17 İyul 2019, 14:23 Avropa gənclərini Bakıya toplayacaq festivalın ÖZƏLLİKLƏRİ 17 İyul 2019, 14:19