Modern.az

99 şəhid ailəsi birdəfəlik ödəmələrə görə şikayət ərizəsi yazıb

99 şəhid ailəsi birdəfəlik ödəmələrə görə şikayət ərizəsi yazıb

Aktual

7 Noyabr 2018, 16:40

"Vaxtilə sığorta ödənişi alan şəhid hərbi qulluqçuların vərəsələri tərəfindən 200-dən çox ərizə daxil olub. Onların arasında kollektiv formada və ya fərdi qaydada ərizələr də var".


Modern.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sığorta Kommersiya Təşkilatının İdarə heyətinin sədr müavini Aftandil Hacıyev jurnaslitlərə açıqlamasında bildirib.

 

A.Hacıyev qeyd edib ki, gələn şikayətlərin 20-30 faizi araşdırılıb:

“Ümumilikdə vərəsələrə verilən ödənişləri almadığını bildirən 99 nəfər ərizə yazıb. Amma onlar heç ad yazmayıb və hansı şəhidin yaxını olduğunu demirlər. Sadəcə nömrə qoyublar. Biz onların hər biri ilə əlaqə saxlamışıq. Gələn hər bir şikayət araşdırılır”.

 

Sədr müavini deyib ki, digər şikayətlərə aidiyyatı qurumlardan sənəd alındıqdan sonra cavab veriləcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR