Modern.az

Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Şirvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib

Aktual

7 Noyabr 2018, 18:50

Şirvan Şəhər İcra Hakimiyyətində (ŞİH) yeni kadr təyinatı  olub.

 

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, bununla bağlı Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Mərdan Camalov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Azər Təzəxan oğlu Abdıyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib. 

 

Qeyd edək ki, A.Abdıyev bu təyinatadək Şirvan şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin müdiri vəzifəsində çalışıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR