Modern.az

Azərbaycan nefti yenidən ucuzlaşdı

Azərbaycan nefti yenidən ucuzlaşdı

Aktual

7 Noyabr 2018, 23:49

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-da 72,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,78 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 6-də 71,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,74 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 6-da 68,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,01 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 6-də 70,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,09 dollar/barel azdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR