Noyabrın 7-si axşam saatlarında paytaxtın Bülbül və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verən yol nəqliyyat hadisəsi zamanı sıradan çıxan işıqforların fəaliyyəti bərpa edilib.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
M.Ağayev qeyd edib ki, Agentlik əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gecə saatlarında işıqforların fəaliyyəti bərpa olunub.
Qeyd edək ki, qəza nəticəsində svetofor dirəyi və idarəetmə qutusu zədələnmişdi. Bu səbəbdən axşam saatlarında Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Bülbül prospektinin Neftçilər prospekti, Xəqani, Zərifə Əliyeva və Üzeyir Hacıbəyov küçələri ilə kəsişməsində, Səid Rüstəm və Ziya Bünyadov küçələrinin kəsişməsindəki svetoforların fəaliyyətində problem yaranmışdı.