Arxiv
8 Noyabr 2018, 10:50 | MƏDƏNİYYƏT
Heç ədalətsiz olmağınızdan utandınızmı?

Elə yazını da sualla başlamaq istəyirəm...

Görəsən, xarici işlər naziri Elmar Məmmədyarov cənabları İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə ingiliscə danışsaydı, media və sosial şəbəkələr indi nəyi müzakirə edirdi?  

Hərçənd, beynəlxalq tədbir idi və bunu maneəsiz edə bilərdi, kimsənin də onu qınamaq şansı qalmazdı. Amma o özünü çətinliyə salmaq, hədəf halına gəlmək bahasına olsa belə, ana dilində danışmaq istəyini ortaya qoyub.

Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq, hər bir azərbaycanlının ilk növbədə öz ana dilini bilməsinin ən qatı tərəfdarlarındanam. Amma və lakin..., vəzifəsindən, mövqeyindən, ictimai və siyasi statusundan asılı olmayaraq, kimsə gözümüzün önündə bütün bacarıq və enerjisini dövlət və dövlətçilik üçün xərcləyirsə, heç bir intriqa və qruplaşmalara meyl göstərmirsə, təkəbbür və eqoizmdən uzaqdırsa, şəxsən mən o fərdin şəxsiyyətini və peşəkarlığını qiymətləndirərkən “Azərbaycan dilində danışmaq meyarı”nı ilk sıraya qoymağı kökündən ədalətsiz hesab edirəm. İnsanı xarakterinə, bütün keyfiyyətlərinin cəminə görə qiymətləndirmək lazımdır.  

Məsələyə hansı kontekstdən yanaşmaq daha çox insanların daxili aləmi, mənəviyyatı, dünyagörüşü ilə bağlı olan məsələdir. Kimsə işi, peşəsi ilə məşğuldur, kimi də çamur atmaqla, görülən işə qara yaxmaqla...  

Nə üçün heç kim XİN başçılarının İstanbul görüşünün yekun sənədində yer alan müddəalara, həmin sənədə Ermənistan tərəfinin aqressiv reaksiyasına fikir vermədi? Naziri qınayanlar məsələnin mahiyyətindən yayınıb, daha çox şou göstərməyə, bəlkə də sifariş yerinə yetirməyə başladılar. “Ekspert”indən tutmuş adi sosial şəbəkə istifadəçisinə qədər bir çoxu nazirin nitqində qüsur axtarmağa çalışdı.

Maraqlı mənzərə və sual yaranır. Görəsən, Prezidentin məqsədyönlü xarici siyasətinə, onun əsas icraçılarından olan Xarici İşlər Nazirliyinə, XİN rəhbərliyinin fəaliyyətinə kölgə salanların, düşmənlərimizin dəyirmanına su tökənlərin məqsədi nədir?

Medianı, sosial şəbəkələri analiz etməklə maraqlı trendləri, tendensiyaları üzə çıxarmaq xeyli asanlaşıb. Qısa bir müşahidə və analizlə maraqlı nəticələrə gəlmək mümkündür. İndi bir çoxları müxtəlif mövzulara, aidiyyatı oldu olmadı, münasibət bildirməyə, “ekspertlik” etməyə çox həvəsli görünür, yeri gəldi gəlmədi fikir bildirir. Bu hər kəsin haqqıdır. Amma, “Azərbaycan dilində yazıldığı” hesab olunan o statusları araşdırsanız, ən azı 90 faizinin savadsız cümlələrlə, üslub və imla səhvləri ilə müşayiət olunduğunu görərsiniz. Belələrinin saatlarla, günlərlə yuxusuz qalan diplomatlarımızın beynəlxalq əhəmiyyətli bir sənəddə ölkəmizin maraqlarını ehtiva edən bir sözün, lazımi bir müddəanın yer alması üçün nə qədər əziyyət çəkdiklərini, əsəb keçirdiklərini təsəvvür etmələri belə mümkün deyil. Ona görə də həmin şəxslər özləri də bilmədən istifadə olunurlar, asanlıqla hansısa çirkin kampaniyanın alətinə çevrilirlər.

 O insanlara bir neçə sualım var...

Yerləşdiyi mürəkkəb geopolitik mövqeyə və çətin beynəlxalq situasiyaya baxmayaraq, birbaşa Prezident İlham Əliyevin başçılığı altında uğurlu xarici siyasət missiyasının həyata keçirilməsində, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı sənəd və qətnamələrin qəbulunda, Qərb dövlətləri ilə yanaşı, Ermənistanla bir hərbi ittifaqda yer alan Rusiya, Belarus, Qazaxıstan kimi ölkələrlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında XİN-in səmərəli fəaliyyətini görməzdən gəlmək ədalətsizlik deyilmi?

Elmar Məmmədyarov ziyalı bir ailədə böyümüş, əli “yağlı yerlərə” çatandan sonra belə gözütoxluq etməyi bacaran, adı indiyədək kütləvi korrupsiya hallarına qarışmayan az saylı yüksək çinli məmurlardan biridir.

Bu nazir heç zaman daxili publikaya işləməyib, məqsədli şəkildə piarını qurmayıb, jurnalist, sayt “saxlamaq” üçün vəsait xərcləməyib.

İxtisasca diplomatdır,  XİN sisteminə sovet dövründə gəlib və keçmiş SSRİ-nin Diplomatiya Akademiyasında aspirantura bitirmiş barmaqla sayıla biləcək azərbaycanlılardandır.

Hələ keçmiş nazir Vilayət Quliyevin vaxtında, universiteti bitirdikdən sonra XİN-də praktika keçmiş biri kimi deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin ən ağır vaxtlarında, 1993-cü ildə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində önəmli postda çalışan diplomat kimi BMT Təhlükəsizlik Şurasında Azərbaycan lehinə qəbul edilən məşhur qətnamələrin mətninin hazırlanmasında Elmar Məmmədyarov vacib rol oynayıb.

Yəqin, hər kəs o, nazir təyin olunduqdan sonra ilk dəfə XİN sisteminə test üsulu ilə kadrların işə qəbul olunduğunu xatırlayır. Azərbaycanın zənginliyi təkcə onun yeraltı və yerüstü nemətləri ilə ölçülmür. İndi inkişaf və rəqabət üçün ən vacib element insan resursu, kadr potensialıdır. 30 ildən artıqdır diplomatiya sahəsində aktiv fəaliyyət göstərən, dünya miqyaslı siyasətçilər və diplomatlar arasında nüfuz sahibi olan, dövlət başçısının böyük etimad göstərdiyi, təvazökarlığı, peşəkarlığı və sadəliyi ilə örnək sayıla biləcək bir kadrı ləkələmək istəyi sadəcə riyakarlıqdır.

Elmar Məmmədyarov ziyalı ailədə böyüyüb. Atası kimya sahəsində sayılıb-seçilən alimlərimizdən biridir. Anası da alimdir. Elmi mühitdə, köklü, ziyalı bir ailədə böyümüş şəxsin peşəkar və təvazökar olması qədər təbii nə ola bilər.  

Ona görə də, nə edirsiniz, nə yazırsınız və necə qiymətləndirirsiniz, bilmirəm, amma heç zaman ədalət hissinizi itirməyin, dostlar!

 

Səməd Rəhimli

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qarabağ”ın Bakı sınağı - YENİLƏNİR 17 İyul 2019, 21:13 Yevlax meşə yanğını 17 İyul 2019, 21:00 Azərbaycanda banklara qoyulan əmanətlərin 57,4 faizi xarici valyutadadır 17 İyul 2019, 20:47 Azərbaycanda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır 17 İyul 2019, 20:30 İraq türk diplomatlarının ölümünü pislədi 17 İyul 2019, 20:16 “Qarabağ”la “Partizani”nin start heyətləri açıqlandı 17 İyul 2019, 20:00 Elina Hacıyevanın ölümü ilə bağlı cinayət işi üzrə obyektiv istintaq aparılır - Baş Prokurorluq 17 İyul 2019, 19:53 Şamaxıda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb 17 İyul 2019, 19:46 Ermənilər Göygöldə traktoru snayper atəşinə tutub - RƏSMİ 17 İyul 2019, 19:32 “Azercell”: Məlumatlar həqiqəti əks etdirmir 17 İyul 2019, 19:21 Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib   17 İyul 2019, 19:04 Qazaxda üçotaqlı ev yanıb   17 İyul 2019, 18:55 6 ay ərzində hava nəqliyyatı ilə 1,1 milyondan çox sərnişin daşınıb   17 İyul 2019, 18:53 Hava limanında qanunsuz telefonlar və elektronika malları aşkarlanıb 17 İyul 2019, 18:47 BDU-da yeni fənn tədris olunacaq   17 İyul 2019, 18:35 6 ayda 655 məhkum cəzaçəkmədən azad olunub 17 İyul 2019, 18:32 Nazirlik  sosial şəbəkələrin çökməsi ilə bağlı məlumat YAYDI 17 İyul 2019, 18:15 Bərdədə antisanitar pendir sexi AŞKARLANDI - FOTOLAR 17 İyul 2019, 18:05 Bu il İİV-yə yoluxan 343 nəfərin 34-ü narkotik istifadəçisi olub 17 İyul 2019, 17:43 56  əcnəbi narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs edilib 17 İyul 2019, 17:41 Dünyanın ən zəngin 100 iş adamı – Siyahıdakı yeganə azərbaycanlı... 17 İyul 2019, 17:31 Gədəbəydə 1 tona yaxın çətənə kolu məhv edildi   17 İyul 2019, 17:18 Türkiyədə dilənçidən 3 min lirə, 5 min dollar götürüldü 17 İyul 2019, 17:12 Manat və dolların sabahkı məzənnəsi 17 İyul 2019, 17:12 “Yay məktəbi”nin iştirakçıları Lerik rayonu ilə tanış olublar - FOTOLAR 17 İyul 2019, 17:00 Ağdaşda qanunsuz limonad sexi aşkarlandı 17 İyul 2019, 16:53 Sosial şəbəkələr çökdü 17 İyul 2019, 16:49 Türkiyədə daha 43 nəfərə ömürlük həbs cəzası verildi 17 İyul 2019, 16:48 Bakı və Abşeronun bəzi əraziləri susuz qalacaq 17 İyul 2019, 16:36 İraqda türkiyəli diplomatlar öldürüldü 17 İyul 2019, 16:16 ADU-da müəllimlər üçün təlim yekunlaşdı   17 İyul 2019, 16:09 Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 17 İyul 2019, 16:07 O, azərbaycanlıdır! - Akademik Əhəd Canəhmədov haqqında düşüncələr... 17 İyul 2019, 15:56 Avropa Gənclər Yay Olimpiya Festivalında bunlar qadağan olunacaq 17 İyul 2019, 15:45 “Avroviziya”ya ev sahibliyi üçün 2 şəhər yarışır 17 İyul 2019, 15:33