Modern.az

Bakıda daha bir süpürgəçini maşın öldürdü

Bakıda daha bir süpürgəçini maşın öldürdü

Ölkə

8 Noyabr 2018, 11:47

Daha bir süpürgəçi qadını avtomobil vuraraq öldürüb. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.

 

O bildirib ki, hadisə bu gün səhər saatlarında Nizami Rayonu, Qara Qarayev prospektində qeydə alınıb:

 

“Piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 90 DX 135 “Hunday” markalı avtomobil 1948-ci il təvəllüdlü Eyvazova Bəsti Dostəli qızını vurub. Təəssüf ki, qadın hadisə yerində dünyasını dəyişib”.

 

V.Əsədov bildirib ki, sürücü Şirinov Murğuz Yavər oğludur. Faktla bağlı araşdırma başalyıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır