Modern.az

Amaliya Pənahova ilə vida mərasimi sabah keçiriləcək

Amaliya Pənahova ilə vida mərasimi sabah keçiriləcək

Aktual

8 Noyabr 2018, 12:03

Bu gün dünyasını dəyişən Azərbaycanın Xalq artisti, teatr və kino aktrisası Amaliya Pənahova ilə vida mərasimi noyabrın 9-da keçiriləcək.

 

Mədəniyyət Nazirlyiindən Modern.az-a verilən məlumata görə, mərasim saat 11:00-12:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq. Mərasimdən sonra aktrisa dəfn olunacaq.Hələlik dəfn yeri dəqiqləşməyib.

Xatırladaq ki, Xalq artisti bu gün 73 yaşında dünyasını dəyişib. Onun uzun müddətdir ki, xərçəngdən əziyyət çəkdiyi bildirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR